Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-566/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3918/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin dəyişdirilərək xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Təqdim edilmiş ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırki ərizənin icraata qəbulundan imtina edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3918/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Borclu ilə Tələbkar arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X1 cavabdeh Tələbkar yanında saxlanılması və xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq cavabdeh Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan Ali Məhkəməsi Plenumunun qərarında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiyanın maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olduğu öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırki işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3918/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən göründüyü kimi xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq cavabdeh Tələbkar verilməsi nəzərdə tutulmuşdur. Yəni, qət edilmiş aliment məbləği sabit pul məbləğində deyil, aylıq qazancının 1/3 hissəsində miqdarında tutulduğundan qeyd olunan məhkəmə qətnaməsi ilə tutulan aliment məbəğinin AR Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına uyğun olaraq indeksasiya edilməsi mümkün deyildir. Bununla belə, məhkəmə ərizəçiyə izah edir ki, o, aliment məbləğinin artırılması barədə iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldım: Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Tələbkar izah edilsin ki, o, aliment məbləğinin artırılması barədə iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-566/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-566/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver