Məhkəmə qərarları › İş №8(010)-569/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-569/2025

14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-569/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2777/2018 saylı qətnaməsinə əsasən hər uşaq üçün müəyyən edilmiş aliment miqdarının sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu onun xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,18 misli həddində olmaqla, cəmi minimum əmək haqqının 2,36 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2777/2018 saylı qətnaməsinə əsasən iddiaçı Borclu ilə cavabdeh X3 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 796 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları X1 himayəsində saxlanılması, iddiaçı Borclu xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Qeyd edir ki, həmin qətnamənin qəbul edilməsindən 7 il müddət keçmiş, bu dövr ərzində uşaqların saxlanması üçün cavabdehdən tutulması qət edilmiş alimentin miqdarı dəfələrlə inflyasiyaya uğramış və pul öz dəyərini itirsə də, alimentin miqdarı bu vaxta qədər indeksasiya edilməmişdir. Ona görə də belə hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2777/2018 saylı qətnaməsinə əsasən, Borclu xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin miqdarı indeksasiya edilməlidir. Qeyd edir ki, 2018-ci il üçün minimum aylıq əmək haqqının 130 manat məbləğində olması nəzərə alınarsa 154 manat məbləğində alimentin miqdarının 2018-ci il üzrə müəyyən edilmiş 130 manat məbləğində minimum əmək haqqının 1,18 mislini təşkil etdiyini görmək olar. Belə olan halda isə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2777/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarı sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya edilməli, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Borclu onun xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 1,18 misli həddində olmaqla, cəmi 2,36 manat misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, tələbi alimentin artırılmasıdır. Qeyd edir ki, 2017-ci ildə 150 manat aliment kəsilmişdi və həmin qayda davam edir. Bildirir ki, Borclu alimenti də vaxtı-vaxtında ödəmir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-2777/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh X3 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 796 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları X1 himayəsində saxlanılması, iddiaçı Borclu xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdeh X1 xeyrinə tutulması və.s qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 25 dekabr 2017-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması (artırılması) ilə bağlı məhkəmənin qətnaməsi 2018-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 130 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (154 manat) minimum əmək haqqına (130 manat) bölünməlidir (154/130=1.18). Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-2777/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar