Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-57/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(060)-242/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru V.Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan xx.xx.1984cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair qərardad qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-ci il tarixli 18-179255/22-14 saylı məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 242/2022 saylı, xx.xx.2022- ci il tarixli icra sənədi tələbkar X1 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsi ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq icra sənədi üzrə Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun xx.xx.2023-cü il tarixli təqdimatının baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. İş materiallarına əlavə edilmiş Tələbkar ərizəsindən görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-242/2022 saylı, xx.xx.2022- ci il tarixli icra sənədi üzrə Borclu ilə aralarında razılıq olduğundan görülmüş icra tədbirlərinin dayandırılmasını və icra sənədinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli müraciəti təmin edilməli və Suraxanı rayon İcra Şöbəsinin icra məmuru V.Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-ci il tarixli 18-179255/22-14 saylı müraciəti təmin edilsin və Suraxanı rayon İcra Şöbəsinin icra məmuru V.Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-57/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-57/2023
01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver