Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-57/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi ilə, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə müəyyənetdi. Borclunun tələbi X5 ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə olan 950.35 manat və 594.99 manat borclarının hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin çıxardığı 2(010)-5261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" ASC-yə olan 950.35 manat borcun, 2(010)-5424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 594.99 manat borcun tutulması qət edilmişdir. "xxxx" ASC-dən kredit götürən zaman SOCARda işləmiş və sabit əmək haqqı almışdır. Buna əsasən də bank ona kredit ayırmışdır. Lakin belində olan xəstəliklə əlaqədar olaraq işdən çıxmış və müalicəyə yollanmışdır. Müalicə effekt vermədiyi üçün hal-hazırda işsiz vəziyyətdədir. İşlədiyi müddətdə kreditini vaxtlı-vaxtında ödəmişdir. Bankla onun arasında narazılıq olmamışdır. Hal-hazırda krediti birdəfəlik ödəməyə imkanı yoxdur. Atası Qarabağ müharibəsi qazisidir və onun aldığı təqaüdlə dolanırlar. O, krediti ödəməkdən imtina etmir, lakin xəstəliyi və işsiz olması nəzərə alınaraq "xxxx" ASC-yə olan borcunun hissə hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 151.1.İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4.İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə X3 ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Ərizədən görünür ki, borclu X5 ərizəsində hissə-hissə icra olunmasını məhkəmədən xahiş etdiyi qətnamənin surətini, həmin qətnamə əsasında verilmiş icra sənədinin surətini, sözügedən icra sənədinin İcra Şöbəsinin icraatında olmasını təsdiq edən digər sübutlarını, yaşayış yerini təsdiq edən sübutları və şəxsiyyət vəsiqəsinin surətini ərizəsinə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə geri qaytarılmaqla ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-57/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-57/2024
21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver