Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-571/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar (ərizəçi) Tələbkar, Borclu iştirakı ilə, Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-3469/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Xamməd oğlundan hər ay 175 manat sabit pul məbləğində tutulan alimentin Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş qaydada və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanuna uyğun olaraq indeksasiya edilərək artırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu verilmiş ərizəyə etirazla məhkəməyə müraciət edərək, aliment məbləği ilə bağlı iddianın əsassız hesab olunmasını və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar (ərizəçi) Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, hal-hazırda ödənilən aliment uşağının ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Məhkəmə iclasında Borclu ərizənin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, onun əməkhaqqısı azdır və təyin olunan alimenti müntəzəm olaraq ödəyir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilməlidir. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 469947 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (atası Borclu, anası Tələbkar) xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 3087 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3469/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, idiaçı Tələbkar ilə cavabdeh Borclu Xamməd oğlu arasında 28 fevral 2020-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 anası – iddiaçı Tələbkar yanında saxlanılması və cavabdeh Borclu Xamməd oğlundan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay 175 manat məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 18 iyun 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2021-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 250 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (175 manat) minimum əmək haqqına (250 manat) bölünməlidir (175/250=0.7). Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-3469/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-571/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-571/2025
18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver