Məhkəmə qərarları › İş №8(010)-579/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-579/2025

18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-579/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar (ərizəçi) Tələbkar, Borclu iştirakı ilə, Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Borclu birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il tarixdə anadan olmuş qızı X2, xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X1 və xx.xx.2015-ci il tarixdə anadan olmuş qızı X3 yetginlik yaşma çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 mislində (400x0.70=280 manat) vəsaitin, ümumilikdə isə 3 uşağa görə minimum əmək haqqı məbləğinin 2.1 mislində (400x2.1=840 manat) vəsitin sabit pul məbləğində müəyyən edilərək ərizəçi olaraq Tələbkar xeyrinə tutulması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3164/2019 saylı qətnaməsi ilə maraqlı şəxs Borclu ilə aralarında olan nikah pozulmuşdur və xx.xx.2008-ci il tarixdə anadan olmuş qızı X5, xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş qızı X6 məhkəmənin qətnaməsinə əsasən onun yanında saxlanılaraq hər ay hər uşaq üçün 150 manat sabit məbləğdə alimentin ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqlarının maddi tələbatını ödəmək məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 3164/2019 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 3164/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hər uşaq üçün 150 manat uşaqlarının heç bir tələbatının ödənilməsinə yetərli deyil. Uşaqları orta məktəbdə təhsil aldığı üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025- ci ildə hər uşağa 246 manat müəyyən edilmişdir. Həmçinin uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında tələbkar (ərizəçi) Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, himayəsində hal-hazırda 3 uşaq vardır. Məktəb xərclərinə qarşılamaq üçün hazırda ödənilən aliment məbləği yetərli deyil. Məhkəmə iclasında Borclu ərizəni qəbul edərək bildirdi ki, ərizədə qeyd olunan məbləği ödəyəcəkdir Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 552058 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Borclu, anası Tələbkar) xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 621 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 363749 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Borclu, anası Tələbkar) xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 2830 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 230394 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Borclu, anası Tələbkar) xx.xx.2008-ci ildə Sumqayıt şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 584 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3164/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Borclu ilə Aslani (Mustafayeva) Lamiyə Ələsgər qızı arasında Suraxanı rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 905 sayla qeydə alınmış 03 sentyabr 2008-ci il tarixli nikahın pozulması, xx.xx.2008ci il təvəllüdlü X5, xx.xx.2009- cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası - iddiaçı Tələbkar yanında qalması, Borclu 08 may 2019-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009- cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment tutularaq Aslani (Mustafayeva) Lamiyə Ələsgər qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 18 iyun 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2019-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 250 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (150 manat) minimum əmək haqqına (250 manat) bölünməlidir (150/250=0.6). Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-3164/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009- cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009- cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar