Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-587/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas kаtibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 03.*2.2024-cü il tarixli, e- 2(0*0)-42*4/2024 nömrəli icra sənədi ilə bağlı icra məmurunun hərəkətsizliyindən icra sənədi üzrə tələbkar X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.*2.2024-cü il tarixli, e-2(0*0)- 42*4/2024 nömrəli icra sənədinə əsasən, X2 2*.04.202*-ci il tarixli kredit müqaviləsi üzrə 90000 manat əsas borc və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan *04*2.5 manat faiz borcu olmaqla, cəmi *0004*2.5 manat məbləğində borc və ödənilmiş 39* manat məbləğində dövlət rüsumu tutularaq X6 ödənilməlidir. İcra sənədi üzrə tələbkar X8 icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyindən şikayət verərək, icra sənədi üzrə tələbin ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin hərəkətsizliyinin qanunsuz hesab edilməsini, icra məmurunun yüksək dəyərli mənzilin satılaraq borcun ödənilməsi və daha aşağı dəyərli yaşayış yeri ilə əvəzlənməsi imkanını qiymətləndirməsi üçün hüquqi mövqe bildirilməsi, qətnamə üzrə borcun icrasının təmin edilməsi məqsədilə məcburi icra tədbirlərinin həyata keçirilməsinin təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqi icra edilməsi üçün aidiyyəti üzrə Suraxanı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin icra işi hazırda Suraxanı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 icraatındadır. Lakin icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq, bu günə qədər borclu qətnamə üzrə borcunu tam ödəməmiş, bu günə ödənilməmiş *004*2.5 manat məbləğində borcu və ödənilmiş 39* manat məbləğində dövlət rüsumu qalmaqdadır. Borcun ödənilməməsi ilə əlaqədar dəfələrlə icra məmuruna (N.Vəlizadə) məlumat verməsinə baxmayaraq, icra məmuru borclu barəsində heç bir tədbir görməyərək, borclunun qanunsuz hərəkətlərinə şərik olmuş və şərait yaratmışdır. Belə ki, borclu X3 məhkəmə qətnaməsini vaxtında və tam icra etməsi üçün kifayət qədər maddi imkanının olmasına baxmayaraq, məhkəməyə hörmətsizlik edərək qətnamənin icrasından müxtəlif üsullarla yayınır. Çünki icra məmuru heç bir səbəb göstərmədən bu işlə məşğul olmur. Halbuki borclu hazırda Şimali Kiprdə biznes fəaliyyəti ilə məşğul olmaqla orada yaşayır və uzun müddətdir ki, ölkəyə qayıtmır. Qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*6(0*0)-*98/2024 saylı, 06.*2.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-*6(0*0)- *98/2024 nömrəli qərardadı ilə tətbiq edilmiş ünvan 3 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinin X7 və üçüncü şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.*2.2024-cü il tarixli, e- 2(0*0)-42*4/2024 nömrəli qətnaməsi icra edilənədək uzadılmışdır. Belə ki, həmin qərardadın qəbul edilməsində məqsəd birbaşa iddianın təmin edilməsi barədə iş üzrə gələcəkdə qəbul ediləcək (və ya edilmiş) qətnamənin icrasının həyata keçirilməsinə xidmət edir. Həbs iddianı təmin etmə tədbirinin bir növü olaraq gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısının alınması məqsədilə tətbiq edilir. Yəni gələcəkdə pul tutulması barədə qətnamə könüllü icra edilməsə, həbsdə olan əmlakın satılması hesabına həmin pul ödənilməklə təmin olunmalıdır. Göründüyü kimi, həbs gələcəklə bağlı olan bir tədbirdir. Hesab edir ki, əgər məhkəmə icraatı zamanı tətbiq edilən həbsin gələcək üçün bir faydası yoxdursa, onun tətbiqi mənasızdır. İcra məmuru N.Vəlizadə isə qərardadda göstərilən ünvan 1 ünvanında yerləşən mənzilin borclunun yeganə yaşayış yeri olduğundan tələbin həmin əmlaka yönəldilməsinin mümkün olmadığını qeyd edir. Lakin bu yanaşma qanunvericiliyin məntiqinə və məqsədinə uyğun deyil, həmçinin hüquq normalarının formal və mütləq tətbiqi nəticəsində borclunun qeyriqanuni üstün mövqeyə gətirilməsi ilə nəticələnir. Belə ki, borclunun yeganə yaşayış yeri olan mənzil analoji mənzillərin bazar qiymətləri ilə müqayisədə 355000 - 566000 manat aralığında dəyişir. Belə olan halda, yəni borclu daha aşağı dəyəri olan mənzildə yaşamaqla, qətnamə üzrə borcunu təmin edə bilərdi. Yəni borclu həmin yüksək dəyərli mənzili daha aşağı dəyəri olan mənzillə əvəz etməklə həm öz yaşayış hüququnu qoruya, həm də qətnamə üzrə borcu ödəyə bilərdi. Mövcud vəziyyətdə isə icra məmuru yalnız “yeganə yaşayış yeri” statusuna formal şəkildə istinad edərək, məhkəmə qərarının icrasını qeyri-mümkün etmiş və borclunun iradəsindən asılı olaraq icranı qeyri-müəyyən müddətə təxirə salmışdır. Bu isə hüquqdan sui-istifadə halı olub, tələblə müdafiə olunan şəxsin konstitusion və mülki hüquqlarını pozur. Əks halda, iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin və qərardadının heç bir hüquqi əsası qalmır. Daha sonra tələbkar şikayətə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarının məqsədi borclunun və onun ailəsinin səfil vəziyyətə düşməsinin qarşısını almaqdır. Yəni insan yaşayış minimumundan məhrum edilə bilməz. “Yeganə yaşayış yeri” qorunur, amma şərtsiz deyil. Belə ki, borclunun yeganə yaşayış yeri olan mənzilin bazar dəyəri qətnamə üzrə borcdan dəfələrlə çoxdursa, borclunun daha ucuz mənzildə yaşamaq imkanı varsa və həmin borcun uzun müddət ödənilməməsi qətnamənin icrasını qeyri-mümkün edirsə, o zaman bu mənzilin satılıb, borcun ödənilməsi və borcluya digər daha ucuz yaşayış şəraitinin təmin olunması hüquqa daha uyğun sayılır. Hesab edir ki, bu yanaşma məhkəmə presedentləri və mülki hüququn ədalət prinsipinə də uyğundur. Qeyd edir ki, əgər bir borclu şəhərin mərkəzində və ya yüksək qiymətli mənzildə yaşayırsa, özü və ailəsi kiçik ölçülü, daha ucuz bir mənzildə də yaşaya biləcək vəziyyətdədirsə və bu mənzili satmaqla borc tam şəkildə bağlana bilərsə, o zaman həmin mənzilin icradan istisna olunması artıq qanunla deyil, qanunun boşluğu ilə təmin edilmiş hüquqi sui-istifadə sayılır. Hazırki halda da borclu Bakı şəhərinin Nərimanov rayonunda deyil, özünə daha aşağı büdcə ilə Bakının digər rayonlarında yeganə minimum yaşayış yerini təmin edə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 0*.09.2025-ci il tarixli, 8(0*0)-587/2025 nömrəli qərardadı ilə ərizəçi (tələbkar) X*0 tərəfindən icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar X*0 tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsi, icra məmurunun hərəkətsizliyindən şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *8.09.2025-ci il tarixli, 8(0*0)-587/2025 nömrəli qərardadı ilə qərardaddan verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *7.*0.2025-ci il tarixli, 8(*03)-550/2025 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 0*.09.2025-ci il tarixli, 8(0*0)-587/2025 nömrəli qərardadı ləğv edilmiş, tələbkar X5 Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olduqdan sonra icra məmurunun hərəkətsizliyindən tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün məhkəmə iclası təyin edilmiş, iclasın vaxtı və yeri barədə icra sənədi üzrə tələbkara, borcluya, eləcə də sənədin icrasını təmin edən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə lazımi qaydada məlumat verilmişdir. Tələbkarın nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək, iclasın iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclası barədə xəbərdar edilmiş digər proses iştirakları məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, şikayəti iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətin təmin edilməməsi barədə məhkəmənin qərardadından tələbkar tərəfindən verilmiş şikayətə baxan Bakı Apellyasiya Məhkəməsinin yuxarıda istinad edilmiş *7.*0.2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki: “...İşdən göründüyü kimi, qətnamənin icraya yönəldilməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, borclu üzrsüz səbəbdən icra sənədinin icrasını təmin etmir. Hazırkı işdən icra məmuru tərəfindən icra qanunvericiliyində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilibkeçirilməməsi, bunun nəticəsi olaraq icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qərarlardan birinin qəbul edilməsi müəyyən edilmir. İşdən həmçinin görünür ki, borclunun mülkiyyətində Bakı şəhərinin mərkəzi rayonlarının birində 4 otaqlı mənzili var. Birinci instansiya məhkəməsi tərəfindən icra məmuru ilə borclunun mülkiyyətində olan mənzilin qiymətləndirilərək tələbin həmin əmlaka yönəldilməsi və onun satılması imkanı da müzakirə edilməmişdir... Kollegiya qeyd edir ki, borclunun mülkiyyətində olan mənzilin qiymətləndirilərək tələbin həmin mənzilə yönəldilməsi və onun icra qanunvericiliyinin tələblərinə uyğun satılması nəticəsində əldə ediləcək məbləğin həm icra sənədi üzrə tələbkara borcun ödənilməsi, həm də borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək başqa mənzilin əldə edilməsinə yetərli olacağı istisna edilmir”. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu baxımdan məhkəmə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda istinad edilmiş qərardadındakı mövqeyə uyğun olaraq qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, icra sənədi üzrə borclu X3 mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi *34.5 m2 olan dörd otaqlı mənzil var. İş materiallarında həmin rayonda sahəsi *34-*35 m2 olan mənzillərin 300000 manatdan yuxarı qiymətlə satışa çıxarıldığını göstərən elanlar mövcuddur. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 03.*2.2024-cü il tarixli, e-2(0*0)-42*4/2024 nömrəli icra vərəqəsi əsasən, borclu Cavanşir Qasımovdan ümumilikdə *004*2.5 manat məbləğində borc və 39* manat məbləğində dövlət rüsumu tutularaq tələbkar Əli Mehdiyevə ödənilməlidir. Göründüyü kimi, iş materiallarında olan sənədlər əsasında belə nəticəyə gəlmək mümkündür ki, icra sənədi üzrə borclunun mülkiyyətində olan mənzilin bazar qiyməti onun tələbkara olan borcunun məbləğindən təxminən üç dəfə çoxdur. Bu vəziyyətdə icra məmuru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na istinad edərək, borclunun mülkiyyətində olan həmin mənzilə münasibətdə məcburi icra tədbirinin tətbiqindən imtina edə bilməz. Belə ki, həmin Siyahıya əsasən, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlaklardan biri də borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpaqdır (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə). Həmin maddənin məzmunundan aydın olur ki, burada məqsəd borclu və onun ailəsini onların sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzildən məhrum etməməkdir. Lakin hazırkı işdən görünür ki, icra sənədi üzrə borclunun mülkiyyətində olan mənzilin dəyərinin onun borcunu təmin etməklə yanaşı, borclu və ailəsinin yaşayışını təmin edəcək başqa bir mənzilin (hətta mənzillərin) əldə edilməsi üçün kifayət edəcək qədər yüksək olması ehtimalı realdır. Belə olan halda icra məmuru mənzilin bazar qiymətini mütəxəssis rəyi əsasında müəyyənləşdirmədən, həmin mənzilə tələbin yönəldilməsindən sonra borclu və ailə üzvlərinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil (ev) əldə edə bilmə imkanına qiymət vermədən mənzilə münasibətdə məcburi icra tədbiri tətbiq edilməsi ilə bağlı hərəkətsizlik göstərilməsi qanunsuz olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə *2.*. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən * ay müddətinədək uzadıla bilər (icra sənədi verilən vaxt qüvvədə olan redaksiya). Maddə *2.*. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir (hazırda qüvvədə olan redaksiya). Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 29.*. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 40.*. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Maddə 40.2. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Maddə 43.*. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.*.*. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.*.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.*.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.*.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.*.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 44.*. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.*.*. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.*.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.*.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 87.*. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan *0 gün müddətində verilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.*2.2024-cü il tarixli, e-2(0*0)-42*4/2024 nömrəli icra sənədi üzrə borclu X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi *34.5 m2 olan dörd otaqlı mənzilin bazar qiyməti mütəxəssis rəyi ilə müəyyən edilmədən, mənzilin satışından əldə ediləcək vəsait hesabına həm borcun ödənilməsi, həm də borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil əldə edilməsi imkanına qiymət verilmədən icra sənədi üzrə tələbin mənzilə yönəldilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, bu qərardadla şikayətin xahiş hissəsinin üçüncü bəndində qeyd edilmiş məsələyə hüquqi qiymət verildiyindən, dördüncü bəndində nəzərdə tutulmuş məsələni həll etmək isə bu qərardadda qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq icra məmurunun səlahiyyətində olduğundan şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikyət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.*2.2024-cü il tarixli, e-2(0*0)- 42*4/2024 nömrəli icra sənədi üzrə borclu X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi *34.5 m2 olan dörd otaqlı mənzilin bazar qiyməti mütəxəssis rəyi ilə müəyyən edilmədən, mənzilin satışından əldə ediləcək vəsait hesabına həm borcun ödənilməsi, həm də borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil əldə edilməsi imkanına qiymət verilmədən icra sənədi üzrə tələbin mənzilə yönəldilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin. Şikayət qalan hissədə təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(010)-587/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-587/2025
25.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver