Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-592/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Borclu iştirakı ilə Borclu məxsus avtomobilə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan Nissan Note markalı, 77 XO 96* dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclular X* və Borclu birgə qaydada cəmi 5949,*7 (beş min doqquz yüz qırx doqquz manat, on yeddi qəpik) manat məbləğində borc və 79,5 (yetmiş doqquz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus olan Nissan Note markalı, 77 XO 96* dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23*.2ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdimatı nəzərdən keçirib hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, təqdimatda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2**5/2025-0*9 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul olunması, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün *0 gün müddətində vaxt verilməsi, bu müddət ərzində tələb üzrsüz səbəbdən icra olunmadıqda göstərilən tələbin məcburi qaydada icra ediləcəyi barədə ona qərar və bildiriş göndərilməsi qeyd olunsa da, lakin həmin sənədlər hazırki iş materiallarına əlavə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə icra şöbəsinə məlumat verilsə də, icra işinin materialları məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, təqdimata yalnız borclunun əmlakının üzərinə həbs qoyulması barədə icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı əlavə edilmişdir, hansı ki, həmin qərarla hazırda üzərinə həbs qoyulması xahiş edilən borcluya məxsus olan Nissan Note markalı, 77 XO 96* dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2025-ci il tarixli icra sənədi üzrə həbs qoyulmuşdur. Həmin qərarın qüvədə olub-olmamasına dair isə hər hansı sənəd də əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-55-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun təqdimatı təmin edilməsin. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-592/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-592/2025
29.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver