Məhkəmə qərarları › İş №8(010)-595/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-595/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-595/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2077/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğini indeksasiya edilərək (artırılaraq) xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli miqdarında sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7, ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2077/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 ilə Borclu arasında 17 iyul 2010-cu il ildə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 751 saylı nikah akt qeydi pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası iddiaçı X2 himayəsində saxlanılmaları, cavabdeh Borclu xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 mart 2021-ci il tarixdən hesablanaraq hər ay hər üç uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşağımızın saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqlarının saxlanmasına kifayət etmədiyini bildirsə də ona əlavə heç bir köməklik göstərmək istəmir. Uşağın müalicəsi, təlimtərbiyyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə o, təkbaşına məşğul olur. Bu səbəbdən də aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında tələbkar (ərizəçi) Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, aliment ilə bağlı ərizə vermişdir. Alimentin miqdarı 450 manat məbləğində idi. Cavabdeh Son bir ilə yaxındır ki, 500 manat göndərir. Amma uşaqların hazırlığına pul çatmır. Özü də kirayədə qalır. Cavabdeh pulu qaldırmağa razı olmadı. Cavabdeh Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasina gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 651716 nömrəli, xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Borclu, anası X6) xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1188 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 828187 nömrəli, xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Borclu, anası X6) xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 487 nömrə ilə qeyd edilmişdir. 2 saylı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 144393 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Borclu, anası X6) xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 326 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2077/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ...cavabdeh Borclu xx.xx.2010-cu il təvəllüdlü X3, 14.01,2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 mart 2021-ci il tarixdən hesablanaraq hər ay hər üç uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 18 iyun 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2021-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 250 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (150 manat) minimum əmək haqqına (250 manat) bölünməlidir (150/250=0.6). Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin qismən edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-2077/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar