Məhkəmə qərarları › İş №8(010)-596/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-596/2025

01.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-596/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Ərizəçi (tələbkar) X6 tərəfindən icraata başlamaq haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona - X5 xx.xx.2025-ci il tarixdə sms vasitəsilə elektron icra sistemindən Suraxanı rayon icra şöbəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar gəlib. Qərar üzrə güya Yevlax rayon məhkəməsinin 2(039)-1501/2014 saylı icra sənədinə əsasən ondan və X1 259 manat pul tutularaq tələbkar X3 ödənilməlidir. Qeyd edir ki, icra işində adı çəkilən şəxsləri tanımır və onun barəsində Yevlax rayon məhkəməsi tərəfindən heç bir qərar çıxarılmamışdır. Bununla bağlı Yevlax rayon məhkəməsinə xx.xx.2025-ci il tarixində məhkəmə qərarının ona göndərilməsi üçün müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, 2013-cü il tarixindən rəsmi olaraq əmək müqaviləsi ilə işləyir, mülkiyyətində avtomobillər var və barəsində icra sənədi olsa idi ötən 11 il ərzində tələb mülkiyyətindəki əmlaklara və ya əmək haqqına yönəldilərdi. Hesab edir ki, icraata başlamaq haqqında qərar ləğv edilməlidir və işdə texniki səhvin olub olmaması və iş üzrə tələbkar X3 ərizəçi X4 ona borcu olub-olmaması barədə sorğu verilməlidir. Həmin şəxs ərizəçinin borcu olmadığını təsdiq edəcəkdir. Əlavə olaraq Yevlax rayon məhkəməsinə xx.xx.2025-ci il tarixində məhkəmə qərarının ona göndərilməsi üçün müraciət etmişdir və həmin qərarın da ləğv edilməsi üçün məhkəməyə müraciət edəcək. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru və tələbkar şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1501/2014 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin Böyük icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü və 43.1-ci maddələrinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü və 44.1-ci maddələrinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Tələbin Suraxanı rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi hissəsində məhkəmə qeyd edir ki, həmin qərarın hansı əsasla ləğv edilməli olduğu barədə iş materiallarında sübut yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (tələbkar) X6 tərəfindən icraata başlamaq haqqında qərardan verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar