Məhkəmə qərarları › İş №8(010)-6/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-6/2024

09.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-6/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 3197/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3197/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 8751 manat kredit borcu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək Borclu göndərilmişdir. İcra sənədi borclu tərəfindən könüllü müddətdə icra edilmədiyindən Borclu əmlak vəziyyəti yoxlanılmış, lakin onda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Eyni zamanda icraata başlamaq haqqında qərar və bildiriş Borclu xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Həmin tarixdə borclunun izahatı alınmış, izahatında hissə-hissə ödəməklə bağlı tələbkarla razılaşacağını bildirsə də, hər hansı bir razılıq əldə edilməmiş və borc məbləğindən heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında qeyd etdi ki, qətnamənin qəbul edilməsindən bir neçə ay keçməsinə baxmayaraq borclu ona olan borcunu ödəmir, buna görə də təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında qeyd etdi ki, tələbkar ona qarşı nalayiq ifadələr işlətdiyinə görə borcu ödəmir. Buna görə də, təqdimatın təmin edilməsinə etiraz etmədi. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin Suraxanı rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata Suraxanı rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də, təqdimat təmin edilməlidir. Belə ki, materiallardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3197/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, Borclu 8404,17 manat məbləğində borc, 240 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqı və 106,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ödənilməlidir. Materiallara əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3197/2023 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. Materiallara əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli bildirişindən görünür ki, Borclu “tələbin könüllü icrası” haqqında bildiriş göndərilmişdir. Borclu tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, izahatında borcunu hissə-hissə ödəmək üçün tələbkarla danışaraq razılıq əldə etməyə çalışacağını qeyd etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə olan halda məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimatın təmin olunmasına mane olan hallara dair hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 3197/2023 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq borc ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar