Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-60/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, X1 iştirakı ilə, İddiaçı X6 cavabdeh X7 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4217/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılovanın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X12 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh X5 əmək haqqının yarısının, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X10 3 yaşına çatanadək əlavə xərclərinə görə 100 manat əlavə alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4217/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, X5 xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay üç uşağa görəqazancın (başqa gəlirlərin) 50%-i miqdarında aliment tutularaq X9 verilməsi, X5 xx.xx.2021-ci il təvəllüdlü X10 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq X9 verilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci X5 tutularaq X9 verilməsi, məhkəmə xərcləri – 100 manat məbləğində dövlət rüsumu X5 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılova ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4217/2022 nömrəli qətnaməsinə əsasən, xx.xx.2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatdığından icra sənədinin hansı qaydada icra edilməsi barədə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsini nəzərdə tutaraq izah verilməsini məhkəmədən xahiş etmişdir. X2 izahat verərək bildirmişdir ki, qətnamənin icra edilməsində çətinlik yaranmışdır. Belə ki, onun övladlarından birinin 18 yaşı tamam olduğundan alimentin tutulması qeyrimümkün olmuşdur. Cavabdeh alimenti ödəməyə razı olmadığından bununla bağlı aralarında mübahisə yaranmışdır. Qeyd olunanlara əsasən qətnaməyə izah verilməsini xahiş etmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun qızı xx.xx.2004-cü il təvəllüdlü X8 18 yaşı tamam olmuşdur, lakin hazırda qətnamə və icraata başlamaq haqqında qərar 3 uşağa görə hesablanmış və onun əmək haqqının 50 % - tələb olunur. Məlumat üçün bildirmişdir ki, sentyabr 2022-ci il tarixdən mart 2023-cü il tarixə kimi, yəni 7 ay ərzində 12771 manat ailənin saxlanılması üçün xərclənmişdir ki, bu da müəyyən olunmuş aliment məbləğindən 4500 manat çoxdur. X4 əməliyyatı üçün 2200 manat və təhsil haqqı üçün illik 2700 manat təhsil haqqı onun tərəfindən ödənilir. Qeyd olunanlara əsasən X4 yetkinlik yaşına çatdığından alimentin 1/3 hissədə tutulması barədə qətnaməyə izah verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi və borclu məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə X1 izahatını dinləyib, ərizəni, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, e-2(010)-4217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə rədd edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Məhkəmə qeyd edir ki, qətnamə qəbul edilən zaman xx.xx.2004-cü il təvəllüdlü X8 yetkinlik yaşı tamam olmadığından və qanunvericiliyin tələbinə əsasən üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin)yarısı miqdarında aliment tutulmalı olduğundan hər ay üç uşağa görə-qazancın (başqa gəlirlərin) 50%-i miqdarında aliment tutulmuşdur. Məhkəmə qətnaməsi üzrə aliment tutulması nəzərdə tutulan azyaşlı uşaqlardan birinin sonradan yetkinlik yaşına catması borclunun həmin uşağa münasibətdə aliment öhdəliyinin icra olunmasından azad edir və qanunvericiliyin tələbinə görə iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması müəyyən olunur. İş üzrə qəbul edilmiş e-2(010)-4217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin mətnindən göründüyü kimi, qətnamədə hər hansı bir yanlışlığa yol verilməmiş və buna görə də qətnaməyə izah verilməsi zərurəti yoxdur . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, MPM-nin tələblərinə əsasən hakim qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalı və verilmiş iddia tələbindən kənara çıxmamalıdır. MPM-nin 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, qətnamədə əks olunmamış hər hansı məsələ, o cümlədən məhkəmə baxışının predmeti olmayan məsələlər izah oluna bilməz. Məhkəmə hesab edir ki, qətnamə aydın və dəqiqdir, anlaşılmayan ifadələr yazılmamış, həmçinin ziddiyyətli deyil, tələb icra sənədinin icrasının hansı qaydada icra edilməsi ilə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qətnamə hissəvi olaraq icra olunduğundan, o cümlədən qətnamənin izah edilməsinə hüquqi əsaslar mövcud olmadığından ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263, 264, 267ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4217/2022 nömrəli xx.xx.2022ci il tarixli mülki iş üzrə qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılovanın ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-60/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-60/2023
31.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver