Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-60/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, X1nun, Tələbkar iştirakı ilə İddiaçı Tələbkar cavabdeh X4 qarşı pul tələbinə dair mülki iş üzrə X1nun borcun hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Tələbkar cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 16000 manat pul vəsaitinin, 80 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsaitin, həmçinin 138 manat dövlət rüsumunun, ümumilikdə 16218 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X2 12900 (on iki min doqquz yüz) manat məbləğində borc, 80 (səksən) manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi, 128,94 (yüz iyirmi səkkiz manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13108,94 (on üç min yüz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək qətnamə üzrə qət olunmuş məbləğin hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəni müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan ümumilikdə 13108,94 manat pul vəsaiti tələbkarın xeyrinə tutulmalıdır. Hal-hazırda heç yerdə işləmir və həmin məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Buna görə də həmin borcun hər ay 500 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən borcludan ümumilikdə 13108,94 manat pul vəsaiti onun xeyrinə tutulmalıdır. Lakin borclu qətnamə üzrə qət olunmuş məbləği ödəməmişdir. Borclunun onun qohumu olmasını, bununla bağlı ona güzəşt edərək hər ay 500 manat olmaqla ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Suraxanı İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təşkil etməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəyə İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun və tələbkarın izahatını, o cümlədən iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə məhkəmə əmri haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə, borclunun maddi vəziyyətini, tələbkara olan borcunu ödəmək niyyətində olduğunu və tələbkarın borcun hissə-hissə ödənilməsinə etiraz etmədiyini nəzərə alaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan 13108,94 manat məbləğində pul vəsaitinin hər ay 500 manat olmaqla hissə-hissə icra edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Ərizə təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan cəmi 13108,94 (on üç min yüz səkkiz manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti hər ay 500 (beş yüz) manat olmaqla X1 tərəfindən hissə-hissə icra edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-60/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-60/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver