Məhkəmə qərarları › İş №8(010)-602/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-602/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-602/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iclas katibliyi, Tələbkar X2 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Adil Yusibov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2442/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 12500 manat pul vəsaiti və 127.50 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X3 və Tələbkar1 ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclunun adına hər hansı əmlak və gəlir yeri aşkar edilməmişdir. Borclu çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilərək müvafiq polis idarəsinə göndərilmişdir. Polis tərəfindən borclu icra şöbəsinə məcburi olaraq gətirilmiş və borclu baəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu 08 gün müddətinə inzibati həbs edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, eyni zamanda borclu barəsində cinayət işinin başlanılması üçün borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında digər tələbkar X4 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 12500 manat pul vəsaiti və 127.50 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X3 və Tələbkar1 ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Suraxanı rayon İcra söbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 3(010)- 1883/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu AR İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, müəyyən edilir ki, borclu icra işindən məlumatlıdır, amma buna baxmayaraq borc tələbinin ödənilməsi istiqamətində təşəbbüs göstərilməyib. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə isə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Odur ki, məhkəmə icra sənədənin icrasını təmin etmək məqsədilə Borclu müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı sayıb, təqdimatın təmin olunması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar