Məhkəmə qərarları › İş №8(010)-607/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-607/2025

09.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-607/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, Ərizəçi (tələbkar) Tələbkar Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli (hakim N.Tağıyeva) məhkəmə əmri ilə borclular Borclu1 və Borclu2 60 manat məbləğində əsas borc, 18 manat məbləğində cərimə və dövlət rüsumu kimi ödənilmiş 21 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi əmr edilmişdir. Ərizəçi (tələbkar) Tələbkar pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 99 manat məbləğ indeksləşdirilərək 2016-cı il tarixdən - 2025- ci ilin aprel ayınadək 169,9 faiz artımı (99 manat x 169,9 % = 168,20 manat) nəzərə alaraq cəmi 267,20 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 99 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 99 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunan qanunvericilik normasına əsasən hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 99 manat məbləğ indeksləşdirilərək, 2016-cı il tarixdən - 2025ci ilin aprel ayinədək 169,9 faiz artımı (99 AZN x 169,9 % = 168,20 AZN) nəzərə alaraq cəmi 267,20 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Ərizəçiyə (tələbkar), borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi (tələbkar) Tələbkar xx.xx.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iş çoxluğu ilə əlaqədar üzürlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün, həmçinin iş üzə zəruri sənədləri ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmasını nəzərə alaraq, işə iştirakı olmadan baxaraq ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-607/2025 saylı (hakim T.Məmmədovun sədrliui ilə) qərardadı ilə İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış və rəy alınanadək işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4481 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasan) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 99,00 manat pul məbləğinin 2016-cı il oktyabr ayından 2025-ci il aprel ayınadək 169,9% inflyasiya faiz dərəcəsi, yəni qiymətlərin səviyyəsinin 69.9% faiz artması nəzərə alınmaqla indeksasiya məbləği 168,20 manat məbləğində müəyyən edilir, o cümlədən: 99,00 x 169,9% = 168,20 manat; 2016-cı il oktyabr ayından 2025-ci il aprel ayınadək hesablanmış fərq məbləği isə 69,20 manat (168,20 - 99,00) müəyyən edilir. Məhkəmə ərizəni və icra işinin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, icra işinin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclu – ünvan 1 ünvanında yaşayan xx.xx.1976cı ildə Sumqayıt şəhərində doğulmuş Borclu1 və Zərdab rayonu, Qoruqbağı kəndində yaşayan xx.xx.1983-cü ildə Zərdab rayonu, Qoruqbağı kəndində doğulmuş Borclu2 Tələbkar xeyrinə 60 manat məbləğində əsas borcu, 18 manat məbləğində cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 21 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri icra olunması üçün icra qurumuna göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Borclu1 və Borclu2 müştərək qaydada cəmi 99,00 (doxsan doqquz) manat məbləğində pulun alınaraq kreditor Tələbkar verilməsi barədə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə iş üzrə borclular Borclu1 və Borclu2 tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, beləliklə, Konstitusiya və beynəlxalq hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə əmri ilə Borclu1 və Borclu2 müştərək qaydada cəmi 99,00 (doxsan doqquz) manat məbləğində pulun alınaraq kreditor Tələbkar ödənilməlidir. Hazırda ərizəçinin (tələbkarın) tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ona ödənilməli olan 99,00 (doxsan doqquz) manat məbləğində pulun 2016-cı il tarixdən 2025-ci ilin aprel ayınadək olan dövrlər üzrə indeksasiya olunmasından ibarətdir. Məhkəmə tərəfindən, sözügedən qətnamə əsasında verilmiş icra sənədinin qeyd edilən dövrlərdə icra edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4481 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 99,00 manat pul məbləğinin 2016cı il oktyabr ayından 2025-ci il aprel ayınadək 169,9% inflyasiya faiz dərəcəsi, yəni qiymətlərin səviyyəsinin 69.9% faiz artması nəzərə alınmaqla indeksasiya məbləği 168,20 manat məbləğində müəyyən edilir, o cümlədən: 99,00 x 169,9% = 168,20 manat; 2016-cı il oktyabr ayından 2025-ci il aprel ayınadək hesablanmış fərq məbləği isə 69,20 manat (168,20 - 99,00) müəyyən edilir. Belə olan halda, qanuni qüvvədə olan məhkəmə aktı ilə ərizəçinin (tələbkarın) xeyrinə tutulmalı olan məbləğ 99,00 (doxsan doqquz) manat olduğuna və araşdırılan dövrdəki qiymət indeksi 69.9% artığına görə, indeksasiya məbləği 168,20 manat (99,00 x 169,9%) təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alınaraq, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə Tələbkar ödənilməli olan borclular Borclu1 və Borclu2 müştərək qaydada tutulmalı olan cəmi 99,00 (doxsan doqquz) manat indeksasiya edilməklə (99,00 manat x 169,9% = 168,20) 168,20 (bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat həcmində icra edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti borclulardan müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12026/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə Tələbkar ödənilməli olan borclular Borclu1 və Borclu2 müştərək qaydada tutulmalı olan cəmi 99,00 (doxsan doqquz) manat indeksasiya edilməklə (99,00 manat x 169,9% = 168,20) 168,20 (bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat həcmində icra edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti borclular Borclu1 və Borclu2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) hesablaşma hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar