Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-609/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Borclu iştirakı ilə, Ərizəçi (tələbkar) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-1977/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğini indeksasiya edilərək (artırılaraq) xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,65 misli miqdarında sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Tələbkar borclu ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1977/2024 saylı xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar və cavabdeh Borclu arasında Ağdam rayon İHB-nin Göytəpə ərazi nümayəndəliyində xx.xx.2006-ci il tarixdə 09 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015ci il təvəllüdlü X4 iddiaçı Tələbkar yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşaqların saxlanmasına kifayət etmir. Ərizəçi (tələbkar) Tələbkar məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq, işin onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, 400 manat aliment ödəyir, üç uşaq üçün ümumi 600 manat ödəyirdi, hazırda biri 18 yaşına çatdığına görə 2 uşaq üçün ödəyir. Qeyd edir ki, alimenti martdan kəsmişdilər, oktyabr ayından ödəyir. Qərarı məhkəmənin mülahizəsinə təqdim edir. Məhkəmə tərəfi dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, alimentin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı rayon məhkəməsinin 2(010)-1977/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Tələbkar və cavabdeh Borclu arasında Ağdam rayon İHB-nin Göytəpə ərazi nümayəndəliyində xx.xx.2006-ci il tarixdə 09 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçı Tələbkar yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi və.s qət edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 513645 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Borclu və Tələbkar arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 631 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 5 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2024-cü ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il AR Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 345 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (200 manat) minimum əmək haqqına (345 manat) bölünməlidir (200/345=0.58). İş materialları ilə qətnamədə adı qeyd edilən uşaqlardan birinin – xx.xx.2007-ci il təvəllüdlü X1 artıq yetkinlik yaşına çatdığı müəyyən edilmişdir. Bununla da indeksasiya, yalnız iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün nəzərdə tutulan alimentin miqdarına tətbiq ediləcəkdir. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin e-2(010)-1977/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-609/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-609/2025
03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver