Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-652/2025 08.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4360/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq və dəyişdirilərək ərizə ilə müraciət edilən tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, cari ilin uşaqlar üçün hesablanmış yaşayış minimuna nisbətdə indeksasiya edilərək müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o – X6 cavabdeh Borclu ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4360/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, həmin nikahdan olan uşağın onun yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Keçən vaxt ərzində uşağı böyümüş və tələbatı artmışdır. Telman böyümüş və məktəb və digər xərcləri artmışdır. Bundan başqa, mövcud inflyasiyanı da nəzərə alaraq, hesab edir ki, 160 manat aliment uşağın heç bir tələbatını ödəmir. 2025-ci il üçün yaşayış minimumu da 246 manatdır. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, alimentin indeksasiya olmasını istəyir. Qeyd edir ki, borclu aliment ödəmir, 160 manat aliment təyin olunmuşdu. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4360/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X5 ilə cavabdeh Borclu arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində xx.xx.2011 -ci il tarixdə 988 saylı akt qeydi ilə rəsmiləşdirilən nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 anası X2 himayəsində saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2019-cu tarixdən başlayaraq Borclu hər ay 160 manat məbləğində sabit alimentin alınaraq X4 verilməsi qət edilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 201703 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Borclu, anası X5) xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 2402 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 18 iyun 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimentin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2019-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 250 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (160 manat) minimum əmək haqqına (250 manat) bölünməlidir (160/250=0.64). Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-4360/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-652/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-652/2025
08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver