Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-68/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizənin məzmunu İcra sənədi üzrə Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1198/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu birgə övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində tutulan aliment miqdarının artırılması və alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməklə onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra icra sənədi üzrə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İcra sənədi üzrə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə Borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 259. Ərizənin baxılmamış saxlanılmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 250.0.11. İddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə tələbkar tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Belə nəticəyə gələrkən məhkəmə maraqlı şəxsin hazırkı iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsi və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməməsini işə mahiyyəti üzrə baxılmasına dair tələbinin olmaması kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, aliment məbləğinin indeksasiyasına dair ərizənin verilməsi üçün qanunvericiliklə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmadığından hazırkı qərardadla ərizənin baxılmamış saxlanılması ilə əlaqədar dövlət büdcəsindən dövlət rüsumunun qaytarılması məsələsi həll edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizə baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-68/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-68/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver