Məhkəmə qərarları › İş №8(010)-69/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-69/2024

25.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-69/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, X1 iştirakı ilə, Suraxanı Rayon Məhkəmənin 01 fevral 2024-cü il tarixli e-2(010)-929/2024 saylı icra sənədinin icrası ilə əlaqədar X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2(010)- 929/2024 saylı qətnaməsi ilə tutulan borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-929/2024 saylı 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə ona təyin olunmuş 2496,92 manat borcun hissə-hissə icra edilməsi, yəni ayda 100 manat olmaqla icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin “borcun tutulması tələbinə dair iddiası əsasında Suraxanı rayon məhkəməsinin e-2(010)-929/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən tərəfindən 2496,92 manat məbləğində borcun "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. Bildirir ki, rəsmi iş yeri yoxdur və onun həmin borc məbləğini bir dəfəyə ödəmək imkanı yoxdur. Himayəsində 2 azyaşlı övladı var. Gündəlik fəhlə işləyir. Artıq gəliri təxminən 250-300 manat məbləğindədir. Məhkəmənin iclasında iştirak edən ərizəçi X6 ərizəsini müdafiə edərək, "xxxx" MMCnin nümayəndəsi ilə danışdığını, 4-5 ay 100 manat, sonra 150 manat ödəməmə razı olduqlarını bildirmişdir. Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru və tələbkar "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi onun əmlak vəziyyətini (onun dəyişməsini) təsdiq edən sənədləri və ya digər sübutları məhkəməyə təqdim etməmişdir. Tələbkar məhkəmə iclasında iştirak etməmiş və öz münasibətini bildirməmişdir. Tələbkarın yazılı razılığı alınmamışdır. Həmçinin, ərizəçi məhkəmə iclasında borclunun tələbkarla ödənişlə bağlı razılıq əldə edildiyini bildirmişdir. Lakin, həmin razılaşmanın mövcudluğuna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu X4 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Suraxanı Rayon Məhkəməsinin e-(010)-929/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçi X5 təyin edilmiş 2496,92 manat borcun hissə-hissə icra edilməsi, yəni ayda 100 manat olmaqla icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar