Məhkəmə qərarları › İş №8(010)-693/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-693/2025

15.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-693/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkarnın iştirakı ilə, Tələbkarnın alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü Ümid Borclu oğlunun saxlanılması üçün hər ay ölkə üzrə müəyyən minimum əmək haqqının 0.66 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(010)-992/2022 nömrəli Qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Borclu İntiqam oğlu ilə onun arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun yanında saxlanılmış və uşağın saxlanılması üçün borcludan uşağa görə, 200 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(010)-992/2022 nömrəli Qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilməlidir. Qeyd edilənlərə əsasən, 2022-ci ilin minimum əmək haqqı 300 manat müəyyən edilmişdir. 31 mart 2022-ci il tarixli, 2(010)-992/2022 nömrəli Qətnaməsi ilə alimentin miqdarı 200 manat müəyyən edilmişdir. ( 200/300=0.66 misli ) Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, borclu alimenti 3 aydır ödəmir. Qeyd edir ki, alimentin indeksasiya olmasını istəyir. 2022-ci ildə aliment kəsildiyini, 1 uşağının olduğunu bildirir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 345742 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (atası Borclu, anası Əfqanlı Günay) xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 5168 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-992/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh Əfqanlı Günay arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə 2697 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 cavabdeh Əfqanlı Günayın yanında qalmasının müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən hesablanmaqla Borclu tutularaq Əfqanlı Günaya ödənilməsi və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 17 dekabr 2021-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2022-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 300 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (200 manat) minimum əmək haqqına (300 manat) bölünməlidir (200/300=0.67). Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-992/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Bunlarla yanaşı, tələbkar alimentin xx.xx.2025-ci il tarixdən tutulmasını tələb etsə də, tələbin həmin hissəsinə icra icraatı qaydasında icraya nəzarət edən məhkəmənin münasibət bildirməsi mümkün deyildir, çünki bu qərar nə alimentin təyin edilməsi, nə də ki, alimentin artırılması ilə bağlıdır və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində bu növ qərardadlardan şikayət müddəti onun rəsmi qaydada verilməsindən 10 gün müddətində olmaqla nəzərdə tutulmuşdur. Bununla da, ərizəçinin tələbi bu hissələrdə təmin edilə bilməz. Belə ki, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.67 misli həddində sabit pul məbləğində aliment Tələbkarnın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.67 misli həddində sabit pul məbləğində aliment Tələbkarnın xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar