Məhkəmə qərarları › İş №8(010)-695/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-695/2025

16.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-695/2025 16.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə Tələbkar X2 alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəyə tələbkar və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, məhkəmə qətnaməsi ilə tutulan aliment indeksasiya edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2005-ci il tarixli, 1002 saylı nikah akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra, iddiaçı Tələbkar və cavabdeh Borclu arasında olan nikahdan anadan olan xx.xx.2007ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2006-ci il təvəllüdlü X5 anaları Tələbkar himayəsində saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2006-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 06 iyun 2023-cü il tarixindən hesablanmaqla hər uşağa 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddiaçı Tələbkar birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanda yerləşən 0,0150 ha torpaq sahəsində 2/3 hissədə payın müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü ilin yanvar ayının 1-dən etibarən ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 (180:345=0.52) misli həddində müəyyən olunmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində aliment tutulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar