Məhkəmə qərarları › İş №8(010)-71/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-71/2023

12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-71/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3905/2022 nömrəli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyevin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, ev 31, mənzil 111-də qeydiyyatda olan Borclu mülkiyyətində olan **-TP- *** dövlət qeydiyyat nişanlı, “X1” yük markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və digərindən müştərək qaydada cəmi 56.444 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş, iş üzrə icraata başlama haqqında qərar qəbul olunaraq borcluya qərar və bildiriş verilmişdir. İcra sənədində göstərilən tələb könüllü icra üçün verilmiş müddətdə Borclu tərəfindən üzürsüz səbəbdən icra olunmadığından icra sənədinin icrasını təmin etmək məqsədi ilə onun mülkiyyətində olan ** TP *** dövlət qeydiyyat nişanlı “X1” yük markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, borclular Borclu və digərindən müştərək qaydada cəmi 56.444 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında qərar”ın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Borclu mülkiyətində «**-TP-*** dövlət qeydiyyat nişanlı, “X1” yük markalı nəqliyyat vasitəsi mövcuddur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməklə, Borclu məxsus «**-TP-*** dövlət qeydiyyat nişanlı, “X1” yük markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3905/2022 nömrəli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus **-TP-*** dövlət qeydiyyat nişanlı, “X1” yük markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Suraxanı Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar