Məhkəmə qərarları › İş №8(010)-71/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-71/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-71/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi ilə, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyənetdi. Borclunun tələbi X5 ərizə ilə məhkəməyə müraciət edərək, vəziyyəti və xəstəliyi nəzərə alınaraq "xxxx" ASC-yə olan borcunun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC borcun və borca görə faizlərin ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır. İddiaya baxan məhkəmə onun iştirakı olmadan borcların ödənilməsi barədə qətnamə çıxarmışdır. Xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməmişdir. O, "xxxx" ASC-dən kredit götürən zaman “Socar”da işləmiş və sabit əmək haqqı olmuşdur. Bunu nəzərə alaraq, "xxxx" ASC ona kredit ayırmışdır. O, işlədiyi dövrdə kreditləri və faizləri vaxtlı vaxtında ödəmişdir. Hal-hazırda xəstəliyi ilə əlaqədar işdən çıxmışdır və müailəcədədir. Heç bir yerdə isə işləmir. Qarabağ qazisi, 3-cü qrup əlil olan atası X3 təqaüdü ilə dolanırlar. O, götürdüyü krediti ödəməkdən imtina etmir. Çox da böyük olmayan bir məbləğdir. Gücü çatdığı qədər bu krediti bağlayacaqdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4.İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə X4 ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizənin və ona əlavə edilən sənədlərin baxılmadan qaytarılmasını xahiş etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263- 264, 267-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi və ona əlavə edilən sənədlər borcluya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar