Məhkəmə qərarları › İş №8(010)-732/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-732/2025

22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-732/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, Tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızı tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı xx.xx.2022-ci il tarixli (hakim T.Məmmədov) qətnaməsi ilə iddiaçı X3 cavabdeh Borclu qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X8 ilə cavabdeh Borclu arasında xx.xx.2006-ci il tarixdə Quba rayon WADQ Şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X9 anaları - iddiaçı X3 yanında saxlanılması, cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(010)- 83\2022 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ilə qət edilmiş aliment mələği hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınması, cavabdeh Borclu 63.20 manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə keçirilməsi və iddianın qalan hissədə təmin edilmədiyi qət edilmişdir. Hazırda müvafiq qətnamə əsasında verilmiş icra sənədi üzrə tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızı məhkəməyə ərizə ilə müraciət edərək, alimentin indeksasiyasının həyata keçirilməsini və Borclu xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10ma ödənilsin qət edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanununun 1- ci maddəsinə əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Odur ki, Borclu xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə ayda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardadın qəbul edilməsini xahiş etmidir. Məhkəmə iclasında dindirilən tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızının nümayəndəsi (vəkili) Vəkil «alimentin indeksasiyasının dəqiqləşdirməsi» barədə ərizəni müdafiə edərək, izahatında Borclu xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə ayda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəyə baxılması üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)- 2281/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2022-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 300 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 120 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.40 (120/300) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli olmaqla, cəmi 0.80 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli olmaqla, cəmi 0.80 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin ediməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar