Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-744/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, X1 və X4 iştirakları ilə, X1 və X4 qızının “pensiyadan qanunsuz kəsinti və icra işinin dayandırılması” ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 və X6 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)- 2140/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar olaraq pensiya katından tutulmuş 280 manat məbləğin geri qaytarılması, pensiyalardan və digər gəlirlərindən icra adı altında kəsintilərin aparılmasının dərhal dayandırılması və mərhum həyat yoldaşının borcu ilə başlanılmış icra işinə xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 və X6 ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" tərəfindən icraya yönləndirilmiş tələblərlə bağlı bank hesablarından qanunsuz pul tutulmaları aparılır. Mərhum həyat yoldaşı X12 xx.xx.2020 tarixində vəfat etmişdir. Həyat yoldaşı sağ ikən "ABB” bankına borcu olmuşdur. Vəfat edəndən sonra öldüyünə dair sənədləri banka təqdim etdiyimiz zaman artıq borc bağlanmışdır-deyə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, iddia müddəti 3 (üç) ildir. İcra sənədi üzrə məhkəmə aktı xx.xx.2024-cü ildə qəbul edilmişdir. Bu müddət ötəndən sonra hər hansı icra hərəkətinin həyata keçirilməsi qanunsuzdur. 2025-ci ilin sentyabr ayında ərizəçi Feyzulayeva Balaxatının pensiya kartından 280 (iki yüz səksən) manat məbləğində vəsait tutulmuşdur. Bu kəsinti qanunsuz xarakter daşıyır və sosial təminat hüququnun pozulması deməkdir. Məhkəmə iclasında dindirilən borclu X6 izahatında göstərdi ki, qızı Ramilə ali təhsil alır. Bu borc mərhum ərinin bankdan götürdüyü kreditlə bağlı olan borcl məbləğidir. Özünün də başqa banklara kredit borcu vardır. Hər ay 100 manat verməyə maddi imkanı çatır. Pensiyasından hər ay 280 manat pul tutulur, bu da çoxdur. Məhkəmə iclasında dindirilən borclu X9 izahatında göstərdi ki, ali təhsil alır.2024-cü ildə atası vəfat etmişdir. İlk dəfə bu ay anasının pensiyasından tutulma olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin və Suraxanı rayon İcra hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə ərizəyə icra şöbəsinin və Suraxanı rayon İcra hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə olunmuş icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2140/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən iddia təmin edilmiş, X7 vərəsələri X9 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1704,78 manat borc məbləği tutularaq ödənilsin. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icraatına daxil olduqdan sonra icra məmurunun icraatına verilmişdir. Suraxanı Rayon İcra şöbəsinin icra məmurunun müvafiq qərarı əsasında hər ay pensiyasının 50 faizi "xxxx" ASC-nin xeyrinə tutulur. AZEMİS vasitəsi ilə müəyyən olunur ki, X6 549,25 manat məbləğində pensiya alır. Göründüyü kimi, borclunun pensiya məbləği 549,25 manat məbləğindədir. Bu da borclunun pensiyasının 50 %-ni təşkil edir. Belə ki, icra məmuru tərəfindən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə yol verilir. Ona görə də, Suraxanı rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)- 2140/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar tətbiq etmiş olduğu tələbin borclunun pensiyasına yönəldilməsi ilə bağlı məcburi icra tədbiri qanunidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 43. Məcburi icra tədbirləri. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1.bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2.icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 63.1. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 və X4 “pensiyadan qanunsuz kəsinti və icra işinin dayandırılması” barədə ərizəsi əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və X4 “pensiyadan qanunsuz kəsinti və icra işinin dayandırılması” barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-744/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-744/2025
30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver