Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-75/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-nin adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 164 saylı evin 1 saylı mənzilinin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 87151 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra işi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu "xxxx" MMC-nin qeydiyyat ünvanına göndərilmişdir. Borclu "xxxx" MMC-nin adına tələbin yönələ biləcəyi əmlakların və əmanətlərin olub-olmamasını müəyyən etmək məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron icra sistemindən çıxarışdan göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 164 saylı evin 1 saylı mənzili borclu "xxxx" MMC-nin adına qeydiyyatdadır. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar bildirdi ki, icra sənədi üzrə borclu "xxxx" MMC icra sənədini könüllü icra etmir. Borclu MMC-nin nümayəndəsi heç icra şöbəsinə də getməmiş, ancaq telefonla əlaqə saxlamışdır ki, ərazidəki mənzil sahibləri mənzillərini onlara satdıqdan sonra yeni mənzil tikib sonra icra sənədini icra edəcəklər. O isə buna razı deyil. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş borclu və İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə təqdimata borclunun və təqdimatı verən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş icra işi materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2643/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 86800 manat məbləğində pul və 351 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Materiallardan görünür ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həm bu qərar, həm də tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. Buna baxmayaraq, borclu icra sənədini icra etməmişdir. Bundan sonra, İcra Şöbəsi tərəfindən borclu "xxxx" MMC-nin mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 164 ünvanında yerləşən 1 saylı mənzilin olması müəyyən edilmiş, icra sənədinin icrasının təmin edilməsi məqsədilə həmin mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, borclu artıq uzun müddətdir ki, icraya yönəldilmiş icra sənədinin icrasından yayınır. Məhz bu səbəbdən borcun ödənilməsinin təmin edilməsi məqsədilə borcluya məxsus mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəmə müraciət edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 164 ünvanında yerləşən 1 saylı mənzil həqiqətən "xxxx" MMC-nin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 43. Məcburi icra tədbirləri. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.1.bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2.icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2643/2022 saylı icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 164 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulması üçün əsaslar mövcud olduğundan təqdimat əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 2643/2022 saylı icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mənzilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilsin. Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 164, mənzil 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №8(010)-75/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-75/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver