Məhkəmə qərarları › İş №8(010)-75/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-75/2024

09.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-75/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi ilə Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nisə İsmayılovanın təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nisə İsmayılova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “X7 Rover” minik markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə 8(010)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsalandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2861/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2010cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanaraq hər əy hər uşaq üçün 175 manat olmaqla cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilməlidir. Tələb könüllü icra müddətində icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilərək Borclu məxsus ‘'X7 Rover' minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması üçün Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmiş və Suraxanı Rayon Məhkəməsinin 8(010)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Borclu mülkiyyət hüququ əsasında məxsus olan “X7 Rover” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə Tələbkar şöbəyə ərizə ilə müraciət edərək bidirmişdir ki, icra sənədi üzrə borc tam ödənilmiş və bu səbəbdən borclu barəsində aparılmış məcburi icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2861/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 8(010)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Borclu mülkiyyət hüququ əsasında məxsus olan “X7 Rover” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar Suraxanı rayon İcra şöbəsinə ünvanlanan ərizəsindən görünür ki, o, icra sənədi üzrə borcun tam ödənildiyini bildirmiş və bu səbəbdən borclu barəsində aparılmış məcburi icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədi üzrə borc məbləği icra edildiyindən həmin avtomobil üzərində həbsin qalmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və həmin qərardadla Borclu məxsus “X7 Rover” minik markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar