Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-753/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3321/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında cavabdehdən (Borclu) xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 154 manat məbləğində alimentin miqdarının 2025-ci il üçün (sonrakı artımlar nəzərə alınmaqla) müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiyası olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3321/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tələbkarın iddia ərizəsi təmin edilərək xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh Borclu tutularaq ona (Tələbkar ) ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəlmiş və icra edilir. Hesab edir ki, ötən vaxt ərzində cavabdehin verdiyi alimentin məbləği uşağın tələbatını ödəməyə imkan vermir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar xərcləri artır. 2018-ci ilə müqayisədə 2025-ci ildə eyni zamanda ərzaq, geyimin və dərsliklərin qiyməti də yüksəlmişdir. O, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, alimentin indeksasiya olunmasını istəyir. Qeyd edir ki, aliment o vaxt 154 manat təyin olunmuşdu, borclu bu illər ərzində heç aliment ödəməyib, aliment 2017-ci ildə təyin olunmuşdur. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-3321/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 aprel 2018-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay sabit pul məbləğində 154 manat miqdarında alimentin alınıb iddiaçı Tələbkar verilməsi və.s qət edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 527015 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (atası Borclu, anası Tələbkar) xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 264 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 25 dekabr 2017-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimentin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2018-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 130 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (154 manat) minimum əmək haqqına (130 manat) bölünməlidir (154/130=1.18). Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-3321/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-753/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-753/2025
06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver