Məhkəmə qərarları › İş №8(010)-80/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-80/2024

03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-80/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 8(010)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyev Borclu məxsus «FORD TRANSİT MİKROAVTOBUS» minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e- 2(010)-3721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 6373.57 manat məbləğində pul alınaraq tələbkar Bank "xxxx" ASC-yə ödənilməlidir. Tələb Borclu verilmiş könüllü icra üçün müddətdə təmin olunmadığından icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatı əsasında ona məxsus «FORD TRANSİT MİKROAVTOBUS» markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İcra şöbəsinə daxil olmuş tələbkar Bank "xxxx" ASC-nin ərizəsindən görünür ki, borc ödənilmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən Borclu məxsus «FORD TRANSİT MİKROAVTOBUS» minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus «FORD TRANSİT MİKROAVTOBUS» minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 163-164-cü və 168ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus «FORD TRANSİT MİKROAVTOBUS» minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar