Məhkəmə qərarları › İş №8(010)-813/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-813/2025

14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-813/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-3583/2022 saylı qətnaməsinə əsasən, borclu ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin indeksasiya edilərək iki uşaq üçün alimentin miqdarının minimum əmək haqqının 1.3 misli olmaqla müəyyən edilməsi və qeyd olunan məbləğin Borclu hər ay tutularaq Tələbkar ödənilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar cavabdeh Borclu ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Həmin tarixdə nikah Laçın rayon qeydiyyat şöbəsində 130 saylı qeydlə rəsmiləşdirilmişdir. Nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Sonradan münasibətləri korlanmış və Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-3583/2022 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnamənin tələbinə əsasən, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 ananın yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sabit məbləğdə hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X3 böyüdüyündən onların qayğıları da artır. Uşaqların qidalanması, geyimi, istirahəti, təhsili və s. pul tələb edir. Cavabdehin ödədiyi aliment isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən də yetkinlik yaşına çatmamış övladlarının qanunla qorunan hüquq və mənafeyi nəzərə alınaraq aliment indeksasiya edilərək məbləği artırılmalıdır. Məhkəmə iclasında Tələbkar iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, böyük qızı ödənişli əsaslarla oxuyur, kiçik qızı isə hazırlığa gedir və bu səbəbdən çatdıra bilmir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, aldığı maaş bəllidir, məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3583/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 17 dekabr 2021-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2022-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 300 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (193 manat) minimum əmək haqqına (300 manat) bölünməlidir (193/300= 0.64). Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3583/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3583/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3583/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar