Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-817/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Borclu iştirakı ilə, Ərizəçi Tələbkar qızının alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) X4 alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-2476/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla 24 avqust 2020-ci ildə olmuş Yektarə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin tutularaq ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə ailə quraraq nikahlarını rəsmləşdirmişlər. Birgə nikahdan 24 avqust 2020-ci ildə olmuş Yektarə adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-2476/2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən 24 avqust 2020-ci il tarixdə anadan olmuş Yektarənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment alınıb tələbkar X2 verilməsi müəyyən edilmişdir. Alimentin indeksasiya olunmasını xahiş edir. Tələbkar X4 ərizə göndərərək, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Borclu ərizənin rədd edilməsini xahiş edərək bildirmişdir ki, birinci ailəsindən bir övladı var və ona 200 manat aliment ödəyir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 497165 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Borclu, anası X4) xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 4270 nömrə ilə qeyd edilmişdir. Beyləqan rayon Məhkəməsinin 2(020)-853/2023saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh X4 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2361 nömrəli ilə qeyd olunmuş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olan X3 anası X1 yanında qalması və s. qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2476/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Borclu xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 18 iyun 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2021-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 250 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (175 manat) minimum əmək haqqına (250 manat) bölünməlidir (175/250=0.7). Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-2476/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-2476/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, 24 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment X1 xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin ediməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-817/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-817/2025
14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver