Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-818/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2596/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2596/2019 saylı xx.xx.2019-cu il tarixli (hakim T.Mahmudova) qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı "aliment" tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması, alimentin tutulması müddəti xx.xx.2019-cu il tarixdən müəyyən edilməsi qət edilmişdir. Hazırda müvafiq qətnamə əsasında verilmiş icra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(010)- 2596/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək (artırılaraq) xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa 500 manat olmaqla, ümumilikdə 1000 manat sabit pul məbləğində alimentin tələbkarın xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, borclu ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 03 may 2019-ci il tarixli 2(010)- 2596/2019 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması qət olunmuşdur. Hazırda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşaqlarının saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Bu səbəbdən də aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Tələbkar məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Borclu izahatında göstərdi ki, onun tələbkarın tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2596/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2019-cu ilin may ayında qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 180 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 160 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 (160/180) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2596/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli olmaqla, cəmi 1,76 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2596/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli olmaqla, cəmi 1,76 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-818/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-818/2025
21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver