Məhkəmə qərarları › İş №8(010)-83/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-83/2024

10.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-83/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-753/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-753/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin hissə-hissə ayda 200-300 manat civarında ödəməklə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-753/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən məndən 4683,42 manat məbləğində pul vəsaiti iddiaçı “Unibank Kommersiya ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Hal-hazırda o, "xxxx" QSC-də anbar işçici vəzifəsində işləyir, aldığı məvacib isə 680 manat civarındadır. Özı ailəlidir və himayəsində iki övladı, yaşlı atası və xəstə anası vardır. Onun əlavə gəlir yeri yoxdur. Onun aldığı məvacib ay ərzində ailəsini dolandırmağa çətinliklə çatır. icra şöbəsi tərəfindən ona qətnamənin icrası ilə bağlı 10 gün könüllü müddət verilmişdir. Hazırkı vəziyyətdə heç çür təyin olunmuş borcu tam olaraq bağlaya bilmir. Bu səbəbdən yuxarıda qeyd etdiyi kimi ailə və sosial vəziyyəti qətnamənin icrası ilə əlaqədar ona hər ay 200-300 manat civarında ödəniş etməyi ilə əlaqədar hissəvi qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə ərizəyə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizə təqdim etməklə kifayətlənmiş, həmin borc məbləğinin birdəfəlik deyil, məhz onun bildirdiyi kimi icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar barədə heç bir tutarlı dəlil məhkəməyə təqdim etməmişdir. Eyni zamanda hazırda borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar da məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-753/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-753/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar