Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-84/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Tələbkar iştirakı ilə Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 1613/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1613/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməklə xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Borclu Seyidova (Rəhimova) Nərgiz Knyaz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400*0.63=252) misli həddində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-1613/2024 saylı qətnaməsi ilə iddiaçı X7 və cavabdeh Borclu arasında 2 saylı Bakı "ASAN xidmət” X5 xx.xx.2018-ci il tarixdə 1746 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 iddiaçı X3 yanında qalması müəyyən edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bununla əlaqədar icra vərəqəsi icraya yönəldilmiş və icra sənədinə əsasən iş Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cii il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi zərurəti yaranmışdır. Məhkəmələrə izah edilir ki, Plenum qərarına edilən dəyişikliklərin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: Aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Tələbkar ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə tələbkarı dinləyib, təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-1613/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X7 və cavabdeh Borclu arasında 2 saylı Bakı “ASAN xidmət” X5 xx.xx.2018-ci il tarixdə 1746 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 iddiaçı X3 yanında qalması və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin Sərəncama əsasən 2024-cü ildən ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi qaydaya əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1613/2024 saylı, xx.xx.2024-cü il qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay 235 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 (235:345=0.68) misli həddində müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, tələbkar indeksasiya olunmuş aliment miqdarının xx.xx.2024cü il tarixdən hesablanmasını xahiş etsə də, lakin məhkəmə bunu əsaslı hesab etmir. Hazırki ərizənin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmasını və AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum qərarında əks olunmuş mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, indeksasiya edilmiş aliment miqdarı tələbkarın məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1613/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 31 yanvar 2025ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-84/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-84/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver