Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-844/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X1 qızının katibliyi, Borclu iştirakı ilə, Borclu qətnamənin icra edilməsinə möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-4047/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnamənin ayda 100 (yüz) manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4047/2025 nömrəli icra işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan 3791 manat əsas borc və 333.84 məbləğində dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. O, həmin qətnamə üzrə tutulmalı məbləği ödəməkdən boyun qaçırmır. Nəzərinizə çatdırmaq istəyir ki, heç bir yerdə işləmir, 3 övladı var. Əri işləmir, əlavə gəlir yeri yoxdur. Təyin olunmuş borcu tam olaraq ödəyə bilmir. Ayda 100 (yüz) manat civarında ödəniş edə bilər. Ailə az təminatlıdır. Ayağından əməliiyat olmuş, gözləri də çox zəyif görür. Qətnaməni icra etmək istəsə də, buna sahətim və maddi imkanı yol vermir. Onun maddi vəziyyətini ağır olduğunu, ailənin aztəminatlı olduğunu, qərəzli olaraq ödənişdən yayınmamasını nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Borclu ərizəsinə uyğun izahat verərək, ərizəmi təmin olunmasını xahiş etmişdir. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4047/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixli, 783nkBKX/24 nömrəli kredit müqaviləsi üzrə 3791 (üç min yeddi yüz doxsan bir) manat əsas və 333.84 (üç yüz otuz üç manat səksən dörd qəpik) manat faiz olmaqla, cəmi 4124.84 (dörd min yüz iyirmi dörd manat səksən dörd qəpik) manat borc və 61.25 (altmış bir manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Həmin Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Borclu icra sənədinin hissə-hissə icrası barədə tələblərini araşdıraraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. İşdən görünür ki, qətnamə hissə-hissə icra olunarsa, borclunun qətnaməni icra etmək üçün hansı gəlir əldə edəcəyi yaxud əmlaka malik olacağı, eləcə də qətnamənin hansı hissələrdə və müddətdə hissə-hissə icra olunacağı konkret olaraq əsaslandırılmamış, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, tələbkarın mənafeyi pozulmuş olur. Qeyd olunan icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin dəlillərinə gəldikdə məhkəmə borclunun bu tələbini əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4047/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamənin ayda 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-844/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-844/2025
09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver