Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-856/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X12 qızının katibliyi, Ərizəçi (tələbkar) X3 iştirakı ilə, Ərizəçi (tələbkar) X3 icra məmurunun “icrata xitam verilməsi” haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon icra şöbəsinin 2(101)-90/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı rayon icra şöbəsinin 2(101)-90/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi tam icra etmədən xitam verilmişdir, ona görə onun verdiyi qərarın ləğv edilməsini xahiş edir. Qeyd edir ki, icra məmuru X8 qərarda məhkəmənin qəbul etdiyi qərardadı icra etmir. Cavabdeh tərəflər hasarın yarı hissəsini sökərək icra etdiklərini deyir. Hasarın qalan yarısını başlanğıc hissəsini sökməyib, sadəcə bir qisim hissəsini söküb yerindən tikiblər. Məhz həmin hissə mərkəzi yola çıxışına maneə olur. Bu ona həmçinin digər avtomobil və piyadalara təhlükə törədir. Həmçinin 10 azn dövlət rüsumunun ona ödəndiyini qeyd edib. Ödəniş necə hansı üsulla ödənilib ki, ona vəsait ödənilməyib. Qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır. Məhkəmə iclasında ərizəçi (tələbkar) X7 ərizəni müdafiə etdiyini və təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru və borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin icra məmuru və borclu məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun və borclunun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Buna görə də, şikayət təmin edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-90/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışa əsasən X5 məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evin giriş-çıxış (avtomobil yolu) yolu cavabdehlər X9, X6 və X4 tərəfindən inşa edilmiş hasarın 0.60 metrə sol tərəfə çəkilməsi yolu ilə təmin edilməsi; Cavabdehlər X9, X6 və X4 tərəfindən iddiaçı X5 məxsus olan həyətdə quraşdırılmış aspiratorun sökülməsi; İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul cavabdehlər X9, X6 və X1 müştərək qaydada iddiaçı X3 xeyrinə tutulması və s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3773/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh X2 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-90/2022 saylı qərardadı ləğv edilmiş, iş üzrə yeni qərardad qəbul edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-90/2022 saylı qətnaməsinin izah edilməsi barədə cavabdeh X2 ərizəsi qismən təmin edilmiş, izah edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-90/2022 saylı qətnaməsi icra edilən zaman mübahisəli hasarın məhz həmin qətnamə çıxan tarixə mövcud olan vəziyyəti əsas götürülməklə 0,60 metr sol tərəfə (arxaya) çəkilməsi təmin edilməli, ərizə qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Suraxanı Rayon icra şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın əsaslandırıcı hissəsindən görünür ki, icra sənədinə əsasən borclular X4, X9 və X6 tərəfindən tələbkar X5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinin giriş-çıxış (avtomobil yolu) hissəsi borclulara məxsus hasar 0.6 metrə sol tərəfə çəkilmək yolu ilə sökülərək təmin edilməlidir. Əlavə olaraq borclulardan 50 manat ekspertiza xərci və 10 manat d/r tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3773/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, məhkəmədə müəyyən olunub ki qətnamədən sonra birbaşa icra məmurununun iştirakı hətta olmadan yola düşən hasar və səki borclular tərəfindən sökülmüş nəticədə yol normadan da artıq genişləndirilmişdir. Tərəfindən xx.xx.2025-ci il tarixində sözügedən ünvana baxış keçirilmiş və həqiqətən də icra sənədinin söküntü hissəsinin icra edildiyi müəyyən olundu və bu barədə akt tərtib edildi fotoşəkillər çəkilməklə. Borclular tərəfindən 50 manat ekspertiza xərci və 10 manat dövlət rüsumu da ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən icra sənədində qeyd olunan tələb borclu X15, X6, X10 tərəfindən tam şəkildə təmin olunmuşdur. Ərizəçi (tələbkar) X7 iş materiallarına mübahisəli hasarın və ətrafdakı sahənin şəkillərini əlavə etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci və 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir (m.20.2). Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır (m. 20.6.). İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir (m. 20.8.). Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi icra sənədinə xitam verilməsi haqqında qərarda göstərilir ki, icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixində sözügedən ünvana baxış keçirilmiş və həqiqətən də icra sənədinin söküntü hissəsinin icra edildiyi müəyyən olunmuş, bu barədə akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir, həmçinin, borclular tərəfindən 50 manat ekspertiza xərci və 10 manat dövlət rüsumu ödənilmişdir. Halbuki, icra şöbəsi tərəfindən həmin hərəkətlərin icra edilməsinə dair heç bir sübut təqdim edilməmiş, həmçinin məhkəmə tərəfindən sorğu edilmiş icra işi də məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə istinad edilmiş olsa da, maddənin tələbində göstərilənləri tam şəkildə yerinə yetirilməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin tam və düzgün şəkildə icra edilməsi barədə məlumat olmadığından, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra icraatının davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-856/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-856/2025
25.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver