Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-88/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Borclu X2, Abşeron Rayon İcra şöbəsinin icra məmuru X4 iştirakı ilə Borclu X2 Abşeron Rayon İcra şöbəsinin icra məmuru X4 xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasına dair şikayətinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Borclu X6 məhkəməyə şikayətlə müraciət edərək, Abşeron Rayon İcra şöbəsinin icra məmuru X4 xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və zəruri icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, iddiaçı Borclu iddia ərizəsi əsasında Suraxanı Rayon Məhkəməsi özünün e-2(010)-1324/2022 saylı (hakim Tural Məmmədov) 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçını Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30- cü məhəllə “Kristal Abşeron yaşayış kompleksi” 15-ci binanın 55 saylı mənzilinə köşürülməsi və mənzildən istifadəsinə maneçilik yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Abşeron Rayon İcra şöbəsinə göndərilmiş, müvafiq icra tədbirləri həyata keçirilmiş, Abşeron Rayon İcra şöbəsinin icra məmuru Orxan Məmmədovun 21 dekabr 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ilə Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1324/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qətnamə icra edildikdən bir müddət sonra tələbkar mənzilə onun xəbəri və icazəsi olmadan kirayənişin buraxmış, eyni zamanda onun iradəsinə zidd olaraq mənzilin əsas qapısının qıfılını da dəyişərək onun mənzilə daxil olmağına real maneələr yaratmışdır. Hazırda o, mənzilinə daxil ola bilmir, baxmayaraq ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3322/2021 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Borclu və X3 Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30cu məhəllə, bina 15, 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 97.1 kv.m olan 4 otaqlı, 55 nömrəli mənzil üzərində ümumi birgə mülkiyyət hüququ tanınması və həmin əmlak üzərində payları 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilmiş və həmin qətnamə qanunu qüvvəsini almışdır. Tələbkar Borclu etirazla məhkəməyə müraciət edərək, borclu X2 şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X6 bildirdi ki, qeyd olunan mənzildə hazırda tələbkarın özü yox, onun gətirdiyi kirayəçi qalır. Eyni zamanda, qeyd etdi ki, həmin mənzilə dair hər birinin paylarının müəyyən edilməsinə baxmayaraq, tələbkar evin kilidini dəyişmiş və hazırda onun mənzilə daxil olmasına maneə yaradır. Məhkəmə iclasında Abşeron Rayon İcra şöbəsinin icra məmuru X7 bildirdi ki, icra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilmiş və daha sonra icraata xitam verilmişdir. Hesab edir ki, hazırki şikayət əsassız olduğundan təmin edilməməlidir. Şikayətin baxılma yeri və vaxtı haqqında tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Tələb olunan icra işi materiallarında olan Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1324/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Şı̇ rı̇ nov Ramı̇ l Ramazan oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə "Kristal Abşeron yaşayış kompleksi" 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv. m olan 4 otaqlı 55 nömrəli mənzilə köçürülməsi, iddiaçı Şı̇ rı̇ nov Ramı̇ l Ramazan oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə "Kristal Abşeron yaşayış kompleksi" 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv. m olan 4 otaqlı 55 nömrəli mənzildən istifadəsinə maneçilik yaradılması cavabdeh Laçınova Fərı̇ də Cavad qızına qadağan edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir. Tələb olunan icra işi materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında qərar”dan görünür ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1324/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başanılmışdır. Tələb olunan icra işi materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu X1 icra sənədində göstərilən tələbi 10 gün müddəti ərzində könüllü şəkildə icra etməsi xahiş olunmuş, əks təqdirdə isə icra sənədi üzrə məcburi icra hərəkətləri həyata keçiriləcəyi və bununla bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. Tələb olunan icra işi materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Şı̇ rı̇ nov Ramı̇ l Ramazan oğlu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə "Kristal Abşeron yaşayış kompleksi" 15-ci binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.1 kv. m olan 4 otaqlı 55 nömrəli mənzilə köçürülmüş və mənzilin açarının bir nüsxəsi ona təqdim edilmiş və borclu X5 tələbkarın mənzildən istifadəsinə maneçilik yaratması qadağan edilmişdir. Tələb olunan icra işi materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında qərar”ın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1324/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 20.1.5-ci maddəsinin tələbinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə ilk öncə qeyd edir ki, icra işi materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə qanunvericiliklə nəzərdə tutulan müvafiq prosedurlar həyata keçirilmiş - icraata başlanılmış, bununla bağlı borcluya bildiriş göndərilmiş, daha sonra isə icra icraatı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində icra sənədinin icrasına nail olunmuş və bununla da icra sənədi üzrə icraata xitam verilmişdir. Yəni, icra məmuru tərəfindən icra icraatı çərçivəsində həyata keçirilmiş tədbirlər qanunsuz və əsassız hesab edilə bilməz. Bu xüsusda ərizəçinin bildirdikləri əsassızdır. O da nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi ilə icra icraatı ərizəçiyə münasibətdə həyata keçirilmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, hazırki icra sənədi üzrə ərizəçi X6 Şı̇ rı̇ nov Ramı̇ l Ramazan oğlunun onun paylı mülkiyyətində olan əmlakdan istifadəsinə maneə yaratdığını iddia edirsə, həmin məsələyə hazırkı məhkəmə qətnaməsinin icrası çərçivəsində baxıla bilməz. Ona görə də, şikayət əsaslı deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası “İcra haqqında” Qanunun müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Borclu X2 Abşeron Rayon İcra şöbəsinin icra məmuru X4 xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasına dair şikayəti təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-88/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-88/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver