Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-904/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X5 qızının katibliyi, Ərizəçi (borclu) X3 iştirakı ilə, Ərizəçi (borclu) X3 qətnamənin hissə-hissə icra olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2304/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamənin hər ay 100 (yüz) manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2304/2025 saylı xx.xx.2025-ci tarixli icra sənədinə əsasən ərizəçidən 3774.28 1492.6 manat məbləğində borc pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra icra vərəqəsi ilə icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Hal-hazırda qərarın icrası ilə bağlı icra işi Suraxanı rayon icra şöbəsindədir. Bundan sonra ona borcu könüllü icra etməyinə dair xəbərdarlıq edilsə də, həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Ailəsi maddi cəhətdən ağır vəziyyətdədir. Çox çətinliklə dolanırlar. Hazırda heç bir yerdə işləmir. təyin olunmuş borcumu hissə-hissə ayda 100 manat olmaqla ödəyə bilər. Məhkəmə iclasında X1 ərizəsinə uyğun izahat verərək, ərizəmi təmin olunmasını xahiş etmişdir. Çatdıra bilmədiyi üçün qətnamənin hissə-hissə icra edilməsini xahiş edir. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2304/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia temin edilsin, cəmi 1458.01 manat borc olmaqla - bundan 1343.63 manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 114.38 manat faiz borcu və iş üzrə ödənilmiş 34.59 manat dövlət rüsumu cavabdeh X2 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Həmin Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. X1 icra sənədinin hissə-hissə icrası barədə tələblərini araşdıraraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. İşdən görünür ki, qətnamə hissə-hissə icra olunarsa, borclunun qətnaməni icra etmək üçün hansı gəlir əldə edəcəyi yaxud əmlaka malik olacağı, eləcə də qətnamənin hansı hissələrdə və müddətdə hissə-hissə icra olunacağı konkret olaraq əsaslandırılmamış, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, tələbkarın mənafeyi pozulmuş olur. Qeyd olunan icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin dəlillərinə gəldikdə məhkəmə borclunun bu tələbini əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2304/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamənin ayda 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-904/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-904/2025
26.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver