Məhkəmə qərarları › İş №8(010)-911/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-911/2025

14.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-911/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İcra sənədi üzrə Borclu tərəfindən verilmiş aliment borcu üzrə tutmanın əmək haqqına yönəldilmə faizinin azaldılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu aliment borcu üzrə tutmanın əmək haqqına yönəldilmə faizinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin tətbiq etdiyi əmək haqqından 70% tutmanın 45%-dək azaldılması və yığılmış aliment borcunun (2700 manat) cari alimentdən ayrı olmaqla mərhələli (qrafik üzrə) tutulma qaydasında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə Borclu xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki,bu barədə ərizənin mövcudluğu nəzərə alınmalı, ərizə baxılmamış saxlanılaraq ona əlavə edilmiş sənədlərlə birlikdə icra sənədi üzrə borcluya geri qaytarılmalıdır. Belə nəticəyə gələrkən məhkəmə icra sənədi üzrə tələbkarın hazırkı iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsi və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməməsini işə mahiyyəti üzrə baxılmasına dair tələbinin olmaması kimi qiymətləndirir. Şərh olunanlara əsasənvə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu tərəfindən verilmiş aliment borcu üzrə tutmanın əmək haqqına yönəldilmə faizinin azaldılmasına dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər icra sənədi üzrə borcluya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar