Məhkəmə qərarları › İş №8(010)-92/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-92/2023

07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-92/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4555/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4555/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 xx.xx.2020-ci il tarixli BRED1753323A170 saylı kredit müqaviləsi üzrə 2552,7 (iki min beş yüz əlli iki manat yetmiş qəpik) manat əsas; 589.16 (beş yüz səksən doqquz manat on altı qəpik) manat faiz və ödənilmiş dövlət rüsumuna görə 51,41 (əlli bir manat qırx bir qəpik) manat olmaqla ümumilikdə 3193,27 (üç min bir yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra icraya yönəldilmiş və qətnamənin icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Evdə azyaşlı uşaqları vardır, ondan başqa evə qazanc gətirən yoxdur. Bu səbəblə də məhkəməyə müraciət edir. Çünki iddiaçıya olan borcunu bir dəfəyə ödəyə bilmir. Onun imkanı ancaq ona çata bilər ki, iddiaçıya olan borcundan hər ay 50 manat ödəməklə məhkəmə qətnaməsini hissə-hissə İcra etsin. İş üzrə tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə ərizəyə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun ərizəsini araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizə təqdim etməklə kifayətlənmiş, həmin borc məbləğinin tam olaraq deyil, məhz onun bildirdiyi kimi icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar barədə heç bir tutarlı dəlil məhkəməyə təqdim etməmişdir. Borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-4555/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4555/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar