Məhkəmə qərarları › İş №8(010)-92/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-92/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-92/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 4453/2022 saylı icra sənədinin icrası ilə bağlı Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4453/2022-015 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 6654 manat məbləğində pul vəsaiti və 86.55 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda ərizədə qeyd etmişdir ki, qısa müddət ərzində mövcud borc məbləğini ödəməyə çalışacaqdır. Təqdimata baxılması barədə Suraxanı rayon İcra şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Suraxanı rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatdan və əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-4453/2022 saylı icra sənədinə əsasən Borclu və X1 6654 manat məbləğində pul vəsaiti və 86.55 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Təqdimatın əsaslılığını sübut edən hal kimi Suraxanı rayon İcra şöbəsinin Borclu ünvanladığı icra sənədində göstərilən tələbin könüllü icra etməli olduğu barədə xx.xx.2023cü il tarixli bildiriş, icra vərəqəsi və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar əlavə etmişdir. Təqdimatda Borclu icra şöbəsinə dəvət edildiyi bildirilsə də, bu halları sübut edəcək sənədlər materiala əlavə edilməmişdir. İcrası məcburi olan məhkəmə aktı (qətnamə) xx.xx.2022-ci ildə qəbul edilmiş, həmin akt əsasında icraata başlamaq haqqında qərar xx.xx.2023-cü ildə qəbul edilmiş, borclunun tələbi könüllü icra etməli olduğu barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Hazırkı təqdimat isə xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, icraata başlama haqqında xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə məhkəməyə daxil olmuş təqdimat arasında olan dövr ərzində borclunun tələbin könüllü icrasına dəvət edilməsi hərəkətləri yalnız xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsindən ibarət olmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Bundan əlavə, təqdimatın əsaslılığını sübut edəcək icra işinin materialları da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, borclu şəxsin lazımi qaydada məlumatlandırılması sübut edilmədiyindən hazırkı təqdimat «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbi baxımından əsaslı deyildir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 4453/2022 saylı icra sənədinin icrası ilə bağlı Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun təqdimatı təmin edilməsin. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar