Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-924/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1884/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-1884/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamənin hər ay 50-100 manat olmaqla hissə-hissə icra olunması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Borclu X1 ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-l884/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ondan 12322,19 manat məbləğində vəsait tutularaq iddiaçı “Kapital Bank ” Asc-nin xeyrinə tutulmalıdır. Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra icra vərəqəsi icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Hal-hazırda qərarın icrası ilə bağlı icra işi Suraxanı rayon icra şöbəsindədir. Bundan sonra ona borcu könüllü icra etməsinə dair xəbərdarlıq edilsə də, həmin borcu bir dəfəyə ödəməyə maddi imkanım olmadığına görə ödəyə bilməmişdir. Hal-hazırda heç bir yerdə işləmir. Himayəsində bir övladı var, hazırda boşanmışdır və heç bir yerdə işləmir. Ailəsi maddi cəhətdən ağır vəziyyətdədir. Çox çətinliklə dolanır. Anası onunla yaşayır və onun pensiyası hesabına dolanırlar. Lakin o, borcunu ödəməkdən yayınmır, hər ay 50-100 manat anasının sayəsində ödəyə bilər. Borcluya və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizə təqdim etməklə kifayətlənmiş, həmin borc məbləğinin birdəfəlik deyil, məhz onun bildirdiyi kimi icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar barədə heç bir tutarlı dəlil məhkəməyə təqdim etməmişdir. Hazırda borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1884/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1884/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-924/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-924/2025
08.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver