Məhkəmə qərarları › İş №8(010)-94/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-94/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-94/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, alimentin indeksasiyasın həyata keçirilməsini və Borclu xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 246 manat alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)2776/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 220 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasında 2025ci il üçün yaşayış minimumu haqqında qanununun 1-ci maddəsinə əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında Tələbkar ərizəsinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, alimentin indeksasiyası ilə bağlı müraciət etmişdir. Qeyd edir ki, bəzən gecikmələr olur ya da 220 manat yerinə 200 manat göndərir, fevral ayını ödəmişdir. Borclu Yusupov Cəfəroviçə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilməlidir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 478890 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və Tələbkar arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixində xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 36 nömrə ilə qeyd edilmişdır. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 818962 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (atası Borclu, anası Tələbkar) xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 5626 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-2776/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Borclu ilə Yusupova (Əlixanova) Venera Afət qızı arasında xx.xx.2017-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 145 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X1 anası Tələbkar yanında qalması, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 5 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2023-cü ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 345 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (220 manat) minimum əmək haqqına (345 manat) bölünməlidir (220/345=0.64). Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-2776/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar