Məhkəmə qərarları › İş №8(010)-98/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-98/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-98/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarının ləğvi və icra sənədinin yenidən icraya göndərilməsi barədə ərizəyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə X3 azyaşlı uşağı X6 ilə birlikdə birgə nikah dövründə tikilmiş cehiz əşyalarının yerləşdiyi və Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsinin yaşayış massivində yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evinə köçürülməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nisə İsmaylovanın xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icraatına icra sənədi üzrə tələbkarın həmin evə köçürülməsi təmin edildiyindən icra sənədi üzrə xitam verilmişdir. X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə mürcaiət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini və icra sənədinin yenidən icraya göndərilməsini xahiş etmişdir. X2 izahat verərək bildirmişdir ki, o məhkəmənin qətnaməsinə əsasən mübahisəli evə köçürülmüş və icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Cavabdeh onu aldadaraq evdən çıxarmış və qapının açarlarını dəyişmişdir. Hal-hazırda onun azyaşlı övladı ilə birlikdə başqa yaşamağa yeri yoxdur. Buna görə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini və icra sənədinin yenidən icraaya göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasında iştirak etməmişlər və nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizədə qeyd olunan dəlilləri araşdırıb belə qənaətə gəlir ki, hazırda tələbkarın həmin mənzilə daxil olması qeyri-mümkün olduğundan və borclu tərəfindən ona həmin mənzildə yaşamasına şərait yaradılmadığından Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.6.-cı maddəsinin tələbinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hazırda tələbkarın özünün sərbəst şəkildə həmin mənzilə daxil olması qeyri-mümkün olduğundan Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 23-cü maddəsini, Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Ərizə təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi yenidən icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar