Məhkəmə qərarları › İş №8(011)-10/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-10/2024

19.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-10/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Borclu iştirakı ilə Tələbkar Borclu qarşı “pulun indeksasiya olunmaqla ödənilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı 06.11. 2018-ci il (59.248,4 manat) tarixli, eyni Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6.451,84 manat) qətnamələri, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci İl tarixli qərardadı ilə 4.132,54 manat, ümumilikdə ödənilməli olan 69.832,78 manat pul vəsaitinə münasibətdə (formalaşmış məhkəmə təcrübəsi və iş üzrə məhkəmə aktlarının preyudisiallığı baxımından) 2023-cü il üçün hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsait Borclu tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın xeyrimə tutulması qət edilmiş, məhkəmə aktı qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 5921, 84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq 30 manat ödənilmiş dövlət rüsumu olmaqla 6.451,84 manatın xeyrimə tutulması qət edilmiş, məhkəmə aktı qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı 23.04. 2021-ci il tarixli qərardadı ilə indeksasiya məbləği olaraq 4.132,54 manat Borclu xeyrimə tutulması qət edilmiş, məhkəmə aktı qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Azərbaycan Respublikası adından çıxarılan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli, eyni Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı 23. 04.2021-ci il tarixli qərardadı hal hazıradək icra edilməmişdir. Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu K.Həsənovanın qərarı ilə Bəki şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli və eyni Məhkəmənin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri üzrə verilmiş icra sənədləri ümumi icraata birləşdirilmiş və bu fəaliyyət də mənə münasibətdə heç bir müsbət nəticə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 232-ci maddənin dispozisiya şərtləri ilə müəyyən olunan pul məbləğinin indeksasiyası tələbkarın qanunla qorunan hüquqlarının və mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunmasından ibarətdir və inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq ödənilməli olan pul məbləğinin artırılması başa düşülür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli (59.248,4 manat) və eyni Məhkəmənin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri (6.451,84 manat) üzrə ümumilikdə ödənilməli olan 65.700,24 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı 4.132,54 manat vəsaitlərim vaxtında mənə qaytarılmadığı səbəbindən bu müddət ərzində sözü gedən məbləğ inflyasiyanın təsirinə məruz qalmış, həmin zaman kəsiyində mən tələbkar kimi bazarda istehlak qiymətlərinin artması nəticəsində real zərərlə üzləşmişəm. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli və eyni Məhkəmənin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı üzrə ümumilikdə ödənilməli olan 69.832,78 manat pul vəsaitimin 2023-cu il üçün qiymətdən düşməsi heç də mübahisə doğurmur və rəsmi sənədlərlə, internet şəbəkəsində, informasiya resurslarında qeydə alınan məlumatlardan tam təsdiq olunur. Nəzərə alınmalıdır ki, pul məbləğinin indeksasiya edilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 69.832,78 manat pul vəsaitim 2022-ci üzrə indeksasiya olunmuş, həmin məbləğ 15.293,37 manat təşkil etmiş, Borclu xeyrimə tutulması qərara alınmış, lakin məhkəmə aktı qanuni qüvvəsini almasına baxmayaraq icrasız saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Borclu tələbi qəbul etməyərək izahatında bildirdi ki, məhkəmədə artıq üç dəfə qətnamə və qərardad çıxarılmışdır, 50000 manat borca görə ondan bu qədər pul tutulmamalıdır, onun borcuna görə görə eyni zamanda yoldaşından da pul tutulması barədə məhkəmə qərarı çıxarılmışdır, tələbkar nüfuzundan istifadə edərək həmişə onu məhkəməyə verir, nəticədə ziyanına məhkəmə aktları çıxarılır, onun evinin üzərinə həbs qoyulmuş, buna görə də o evini satıb borcunu ödəyə bilmir, həmin ev onun yeganə yaşayış yeri olduğundan qanunvericiliyin tələbinə əsasən, həmin evin icra məmuru tərəfindən məcburi olaraq satılması mümküjn deyil, o, özü evini satıb borcu ödəmək istəyir, bununla bağlı istintaqda öz üzərinə öhdəlik də götürmüşdür, lakin qarşı tərəf buna imkan vermir, evin üzərindən həbsin götürülərək satılmasına və borcun qaytarılmasına şərait yaratmır, başqa şəxslərin ona olan borcunun əvəzi kimi vermək istədikləri ofis sahəsini təklif etmiş, lakin tələbkar bunu da qəbul etmir, borcunu ödəməsi üçün şərait yaratmır, həmçinin tələbkarın hazırda tələb etdiyi məbləğ Xətai rayon Məhkəməsinin əvvəlki qərarı ilə tutulmuşdur, tələbkar isə yenidən məhkəməyə müraciət edərək, eyni məbləği ondan tələb edir. Sonda Borclu ərizənin rədd edilməsini xahiş etmişdir. Tələbkar və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılsa da, onlar, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, onların məhkəmə iclasında iştirak etməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu cəmi 59248,4 manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4780/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin Qərar ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair Tələbkar ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydası aşağıdakı qaydada dəyişdirilmiş: “icra sənədi üzrə Borclu mülkiyyətində olan Mercedes220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin nəqliyyat vasitələrinin saxlanılsın və mühafizə altında olan xüsusi duracağa yerləşdirilsin. Borclu mülkiyyətində olan Mercedes-220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin prosedura uyğun hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait hesabına borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilsin.” Qalıq borca münasibətdə isə icra tədbirlərinin ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-687/2019 saylı iş üzrə xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərardadlardan görünür ki, Mercedes-220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı avtomobillərin üzərindən həbs, avtomobil Borclu istifadəsində olmadığından, KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən isə Tələbkar razılığı ilə həbs götürülmüşdür. İş materiallarında olan **********558 nömrəli notarial qaydada təsdiq olunmuş Ərizədən görünür ki, Tələbkar ** EZ *** qeydiyyat nişanlı KAMAZ 65115 016-02 yük markalı nəqliyyat vasitəsinə dair heç bir şikayət və tələbi olmadığını, nəqliyyat vasitəsinin üzərində olan həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə Borclu xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218.4 manat (53000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5 (beş) faiz olmaqla illik 2960 (iki min doqquz yüz altmış) manat 92 (doxsan iki), iki illik 5921(beş min doqquz yüz iyirmi bir) manat 84 (səksən dörd) qəpik maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul məbləği tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Borclu Tələbkar xeyrinə 2066,27 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-126/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardadı ilə ərizəçi-Tələbkar şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək, şikayətə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu Tələbkar xeyrinə 4132,54 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)-1280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Borclu alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xətai rayon icra və probasiya şöbəsinin “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməklə, baxılması üçün tərəfindən Bakı şəhəri Xətai rayonu Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1825/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il (59248,4 manat) tarixli, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6451,84 manat) qətnamələri və 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə (4132,54 manat), ümumilikdə ödənilməli olan 69832,78 manat məbləğ indeksasiya olunmaqla 15293,37 manat miqdarda pulun Borclu alınaraq iddiaçı Tələbkar, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qərara alınmış, qərardad qanuni qüvvəyə minərək icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021ci il tarixli 2(011)-6934/2021 qərardadı ləğv edilmiş, mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağa götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1790/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iddiaçı Tələbkar cavabdehlər Borclu və X3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə cavabdeh Borclu “əmlakın üzərindən həbsin götürülməsi” barədə ərizəsi rədd edilmişdir. İş materiallarında olan Borclu tərəfindən Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Borclu evini sataraq borcunu ödəyə biləcəyini, lakin evin üzərinə Tələbkar ərizəsi əsasında həbs qoyuluğu üçün evi satıb borcunu ödəyə bilmədiyini, Tələbkar tərəfindən şərait yaradılıb evin üzərindən həbs götürülən kimi borcu ödəyəciyinə dair öhdəlik götürmüş, həmçinin qeyd etmişdir ki, başqa şəxslərin ona olan borcunun əvəzi kimi vermək istədikləri ofis sahəsini təklif etmiş, lakin tələbkar bunu qəbul etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsi (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə, həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, X2 mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması və bu daşınmaz əmlakın xx.xx.2019-cu il tarixdə ən qısa zaman kəsiyində 125.000 manata satılması məhz borclu (ər) Borclu icra etməli olduğu icra sənədinin Xətai rayon İcra şöbəsinin icraatında olduğu zaman baş vermiş, bu qaydada davranışın məqsədi öhdəliyin icrasından yayınmaq olmuşdur. Kollegiya hesab etmişdir ki, hazırki halda iddiaçı cavabdeh X1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, Borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 59248,4 manat, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə 6451,84 manat, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat olmaqla, məhkəmə aktları üzrə cəmi 69832,78 manat məbləğində pulun tutularaq Tələbkar ödənilməsi qət edilmiş, həmin məbləğin indeksasiyasını təşkil edən 15293,37 manat məbləğin Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi qərara alınmış, həmin qərardad qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və hazırda da icra mərhələsindədir, eyni zamanda iddianın təmin edilməsi məqsədilə Borclu məxsus ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmişdir və hazırda da həmin mənzilin özgəninkiləşdirilməsinə dair məhdudiyyət qalmaqdadır, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Borclu icra etməli olduğu borc öhdəliyi ilə bağlı həyat yoldaşı X1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmiş, həmin iş icraya yönəldilmişdir, Borclu istintaqda verdiyi izahatında evinin satılmasına şərait yaradılan kimi evini satıb pulu ilə borcunu ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydası kimi Borclu mülkiyyətində olan Mercedes-220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı avtomobillərin üzərindən həbs, avtomobil Borclu istifadəsində olmadığından, KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbs isə tələbkarınun razılığı ilə götürülmüşdür. Məhkəmə hesab edir ki, yuxarıda müəyyən edilmiş hallar, o cümlədən, tələbkar qaısında Borclu ailə üzvü tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 62500 manat pul öhdəliyinin olması, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin əvvəllər indeksasiya olunması, borclunun həbs qoyulmuş əmlakının satışından əldə ediləcək vəsait hesabına tələbkara olan borcunun ödənilməsi barədə istintaq orqanında üzərinə götürdüyü öhdəlikləri, həmçinin də Borclu məxsus əmlak (ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzil) üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmasına baxmayaraq həmin əmlakın məhkəmə qətnaməsinin icrası üçün məqsədyönlü tədbirlərin görülməməsi və əmlak üzərində həbsin olması, digər tərəfdən də qətnamənin icrası məqsədilə borclunun mülkiyyətindəki “Kamaz” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsində tələbkarın razılığının olması kimi halları, xüsusilə də məhkəmə aktlarının icrasının gecikdirilməsində borclunun təqsirli əməlinə dair hallarının müəyyən olunmaması, ərizənin təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə İİİ bəndinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə İX bəndinə əsasən, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Tələbkar “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı 06.11. 2018-ci il (59.248,4 manat) tarixli, eyni Məhkəmənin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli (6.451,84 manat) qətnamələri, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci İl tarixli qərardadı ilə 4.132,54 manat, ümumilikdə ödənilməli olan 69.832,78 manat pul vəsaitinə münasibətdə (formalaşmış məhkəmə təcrübəsi və iş üzrə məhkəmə aktlarının preyudisiallığı baxımından) 2023-cü il üçün hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsait Borclu tutularaq onun xeyrinə ödənilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar