Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1000/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X1 qətnamənin hissə-hissə icra edilməsinədair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4116/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ödəməli olduğum 2608 manat borcumdan bu günə kimi 750 manat qaytarmışam. Buna səbəb onun işsizliyidir. Ödədiyi pulu isə validynlərinin dəstəyi ilə ödəyib. Lakin icra sənədində borcun tam ödənilməsi tələb edilir. Ona görə də borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasın ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. İş matriallaından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4116/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar vurulmuş maddi ziyanının əvəzi olaraq cavabdeh X3 1608 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş matriallaından görünür ki, X7 icra sənədi üzrə 750 manat məbləğində ödəniş emişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında arayışdan görünür ki, X6 məşğulluq statusu işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra etdirilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu isə, buna dair müvafiq sübutu məhkəməyə təqdim etmədiyindən, X1 ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Odur ki, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icrası ilə bağlı ərizəsi təmin edilməsin. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-4116/2021 nömrəli qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsitəmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1000/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1000/2022
02.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver