Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1005/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-2216/2024 saylı 29 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 6.567 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi 02 may 2024-cü il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5245/2022 saylı 10 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2.957,99 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi 22 dekabr 2022-ci il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)- 5673/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3.342,66 ABŞ dolları borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi 17 fevral 2022-ci il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2841/2021 saylı 23 fevral 2021ci il tarixli icra sənədinə əsasən Borclu 4.080 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar4 xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi 02 aprel 2021-ci il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5087/2023 saylı 08 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3.797,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar5 xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi 12 oktyabr 2023-cü il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarları və bildirişləri qəbul etsə də icra sənədlərinin icrasını təmin etməmiş və barəsində görülmüş məcburi icra tədbirləri müsbət nəticə verməmişdir. Həmçinin elektron icra sistemi vasitəsilə borclunun əmlak və gəlirləri yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Qeyd olunan məhkəmə qərarlarının icrasını təmin etmək və borclunun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin icra məmuru və işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2216/2024 saylı 29 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 6.567 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5245/2022 saylı 10 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2.957,99 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5673/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3.342,66 ABŞ dolları borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2841/2021 saylı 23 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4.080 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar4 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5087/2023 saylı 08 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3.797,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar5 xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2216/2024 saylı 29 fevral 2024-cü il tarixli icra sənədi üzrə 02 may 2024-cü il tarixdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5245/2022 saylı 10 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə 22 dekabr 2022-ci il tarixdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5673/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 15 dekabr 2021-ci il tarixdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2841/2021 saylı 23 fevral 2021-ci il tarixli icra sənədi üzrə 02 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5087/2023 saylı 08 avqust 2023-cü il tarixli icra sənədi üzrə 12 oktyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Borclu 04 dekabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək işsiz olduğu üçün borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, tələbin yönəldilə biləcəyi borcluya məxsus olan hər hansı əmlakın olmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-1005/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1005/2024
17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver