Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1010/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5816/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu əmlakları üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus olan “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5816/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi ümumilikdə 18787 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat tutularaq Tələbkar ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul Borclu alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir, icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borcluoin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, avto-qəza törətmişdir, bunun nəticəsində haqqında qətnamə çıxarılmış, onun borcu yaranmışdır, yazılmış borc şişirdilmişdir, 950 manat olan qapının qiymətini qüsur aktında 3500 manat olaraq qeyd etmişdirlər, qətnamədən şikayətlər verilmiş, bütün instansiyalarda qüvvədə qalmışdır, borcdan ödəniş etməmişdir, lakin hissə-hissə ödəyəcəkdir, avtomobillərin üzərinə həbs qoyulmasına etiraz edir, avtomobillər onun adına olsa da, başqaları tərəfindən idarə olunur, öz istifadəsində deyildir. Sonda Borclu təqdimatın rədd edilməsini xahiş etdi. Tələbkar və Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5816/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 18787 (on səkkiz min yeddi yüz səksən yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq Tələbkar verilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul Borclu alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və bildirişin surəti qərarı surəti tərəflərə göndərilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu icraata başlamaq haqqında qərar qəbul olunmasl, məhkəmə qərarının icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə (513386305; 558557056; 513415643; 5********) SMS bildirişlər göndərilmiş, qərarı 10 gün könüllü icra müddətində icra etməsi ondan xahiş olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, gümüşü “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və gümüşü “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya qərar və bildiriş barədə rəsmi məlumat verilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə borcun həcmini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın “Borclu məxsus olan daşınar əmlakların üzərinə həbs qoyulması” barədə təqdimatı təmin edilməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1010/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1010/2022
28.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver