Məhkəmə qərarları › İş №8(011)-1010/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1010/2024

17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1010/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova– Borclu məxsus olan “Mercedes C240” minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4941/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1434,96 manat məbləğində pul vəsaiti və 35,4 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011 )-711/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “Mercedes C240" minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan tərəflərindən AR "İcra haqqında" qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun, tələbkarın və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-711/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu məxsus “Mercedes C240" minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, icra sənədi üzrə tələbkar Borclu tərəfindən tələb tam təmin edildiyindən icra sənədinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatı əsaslı olduğundan təqdimat təmin edilməli və Borclu məxsus olan “Mercedes C240" minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göründüyü kimi icra sənədi üzrə icraat hazırkı mərhələdə başa çatdığından, yəni icra sənədi üzrə icraata xitam verildiyindən görülmüş icra tədbirləri də ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-711/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes C240" minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün (ləğv edilsin). Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar