Məhkəmə qərarları › İş №8(011)-1012/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1012/2024

22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1012/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Tələbkarlar Tələbkar8 və Tələbkar5 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3611/2023- 016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2815 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. (xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1450 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar4-nin xeyrinə ödənilməlidir. (xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1071.51 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. (xx.xx.2022- ci il tarixdə icraata daxil olmuşdur) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-6784/2023-009 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 2500 manat məbloğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. (xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1000 (bir min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu Borclu alınaraq X2 xeyrinə ödəniməlidir. (xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar10 xeyrinə ödənilməlidir. (xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-2036/2024-011 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədinə əsasən Borclu 1305 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar9 xeyrinə ödənilməlidir. (xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 568 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. (xx.xx.2019-cu il tarixdə icraata daxil olmuşdur) Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 100 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. (xx.xx.2020-ci il tarixdə icraata daxil olmuşdur) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-1934/13 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu 1695,51 manat pul tutularaq Dəmir-bank” ASC-yə ödənilməlidir. (xx.xx.2013-cü il tarixdə icraata daxil olmuşdur) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3948 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 84:22 manat məbləğində pul vəsaiti və tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.(xx.xx.2017-ci il tarixdə icraata daxil olmuşdur). Yuxarıda qeyd olunan icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədləri ümumi icraata birləşdirilərək mənə (böyük icra məmuru Türkay Yusifliyə) həvalə edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və Borclu barəsində olan 11 icra sənədi üzrə ödənilməli olan ümumi borc məbləği 13.178 manatdan hazıradək 600 manat ödəniş edilmiş və hazırda qalıq borc 12.578 manat təşkil edir. Tələbkarlar Tələbkar8 və Tələbkar5 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdilər. Tələbkarlar "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, təqdimata onların iştirakı olmadan baxaraq, təmin edilməsini xahiş etdilər. Digər tələbkarlar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3611/2023- 016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2815 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1450 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar4-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1071.51 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )- 6784/2023-009 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 2500 manat məbloğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1000 (bir min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu Borclu alınaraq X2 xeyrinə ödəniməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar10 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-2036/2024-011 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədinə əsasən Borclu 1305 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar9 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 568 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 100 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1934/13 nömrəli, xx.xx.2013cü il tarixli icra sənədinə əsasən Borclu 1695,51 manat pul tutularaq Dəmir-bank” ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3948 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 84:22 manat məbləğində pul vəsaiti və tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-3611/2023- 016 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-6784/2023-009 nömrəli, xx.xx.2023- cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-2036/2024-011 nömrəli, xx.xx.2024- cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1934/13 nömrəli, xx.xx.2013-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3948 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün Borclu tərəfindən bildirişlər və qərarlar qəbul edilmişdir. Həmçinin, borclunun əmlakı barədə verilmiş sorğularda məlumat aşkar edilməmişdir. Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə izahat vermişdir. Beləliklə, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən bu günədək ödənişlərin vaxtında olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə Cəlilabad rayon, Zopun kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar